TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 1,01 Mb.
səhifə39/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   35   36   37   38   39   40   41   42   ...   84
Hz Ali

ALLAH RƏSULU - Sallallahu Aleyhi Və Səlləm İN QIZININ, İMRANIN QIZINDAN BAŞQA, CƏNNƏT ƏHLİNİN QADINLARININ SEYYİDİ OLDUĞUNA DAİR VARİD OLMUŞ XƏBƏRLƏR HAQQINDA

124 - Əbu Sələmə, o da Aişə - radıyallahu anhə – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – xəstələndi, Fatimə - radıyallahu anhə – gəlib (ona) tərəf əyilərək ağlamağa başladı. Ona gizli bir şey buyurdu, o ağladı. Sonra yenə (ona) tərəf əyildi, yenə gizlicə nə isə buyurdu, bu dəfə güldü. Peyğəmbər - sallallahu aleyhi və səlləm – öldükdən sonra bunu ondan soruşduqda, bu cavabı verdi: «(Birinci dəfə əyildikdə) mənə bu sancıya dözməyib öləcəyini bildirdi. Onun üçün ağladım. İkinci dəfə: «Əhli Beytimdən ona qovuşaraq ilk adamın mən olacağımı və bundan başqa da İmranın qızından başqa, Cənnət əhli qadınlarının SEYYİDİ olacağımı gizlicə müjdələdi, onun üçün sevincimdən başımı qaldırıb güldüm»130.

125 - Abdullah b. Vəhb, o da Ummu Sələmə - radıyallahu anhə – rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Fatimə - radıyallahu anhə – ni çağırdı, qulağına gizli bir şeylər söylədi, Fatimə - radıyallahu anhə – ağladı. Sonra yenə də gizli bir şey söylədi, bu dəfə güldü. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – öldükdən sonra əvvəlcə ağlamasının, sonra da gülüməsinin səbəbini soruşdum. Bu cavabı verdi: «İmranın qızı Məryəm – Allahın ona salamı olsun – dən sonra, Cənnət əhli qadınlarının seyyidi olacağımı dedi, onun üçün sevincimdən güldüm»131.

126 - Əbu Səid - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buyurdu: «Həsən ilə Hüseyin – Allah onlardan razı olsun - Cənnət əhli gənclərinin seyyididirlər. Fatimə - radıyallahu anhə – isə İmranın qızı Məryəm – Allahın ona salamı olsun - dən başqa, Cənnət əhli qadınlarının seyyididir»132.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin