ALLAH RƏSULU - Sallallahu Aleyhi Və Səlləm –İN QIZININ, İMRANIN QIZINDAN BAŞQA, CƏNNƏT ƏHLİNİN QADINLARININ SEYYİDİ OLDUĞUNA DAİR VARİD OLMUŞ XƏBƏRLƏR HAQQINDA
124 -Əbu Sələmə, o da Aişə - radıyallahu anhə – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – xəstələndi, Fatimə - radıyallahu anhə – gəlib (ona) tərəf əyilərək ağlamağa başladı. Ona gizli bir şey buyurdu, o ağladı. Sonra yenə (ona) tərəf əyildi, yenə gizlicə nə isə buyurdu, bu dəfə güldü. Peyğəmbər - sallallahu aleyhi və səlləm – öldükdən sonra bunu ondan soruşduqda, bu cavabı verdi: «(Birinci dəfə əyildikdə) mənə bu sancıya dözməyib öləcəyini bildirdi. Onun üçün ağladım. İkinci dəfə: «Əhli Beytimdən ona qovuşaraq ilk adamın mən olacağımı və bundan başqa da İmranın qızından başqa, Cənnət əhli qadınlarının SEYYİDİ olacağımı gizlicə müjdələdi, onun üçün sevincimdən başımı qaldırıb güldüm»130.
125 - Abdullah b. Vəhb, o da Ummu Sələmə - radıyallahu anhə – rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Fatimə - radıyallahu anhə – ni çağırdı, qulağına gizli bir şeylər söylədi, Fatimə - radıyallahu anhə – ağladı. Sonra yenə də gizli bir şey söylədi, bu dəfə güldü. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – öldükdən sonra əvvəlcə ağlamasının, sonra da gülüməsinin səbəbini soruşdum. Bu cavabı verdi: «İmranın qızı Məryəm – Allahın ona salamı olsun – dən sonra, Cənnət əhli qadınlarının seyyidi olacağımı dedi, onun üçün sevincimdən güldüm»131.
126 -Əbu Səid - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buyurdu: «Həsən ilə Hüseyin – Allah onlardan razı olsun - Cənnət əhli gənclərinin seyyididirlər. Fatimə - radıyallahu anhə – isə İmranın qızı Məryəm – Allahın ona salamı olsun - dən başqa, Cənnət əhli qadınlarının seyyididir»132.