TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 1,01 Mb.
səhifə40/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   36   37   38   39   40   41   42   43   ...   84
Hz Ali

RƏSULULLAH - Sallallahu Aleyhi Və Səlləm İN QIZI FATİMƏ - Radıyallahu Anhə NİN BU ÜMMƏTİN QADINLARININ SEYYİDİ OLMASI HAQQINDA VARİD OLAN XƏBƏRLƏR HAQQINDA

127 - Əbu Hazm, o da Əbu Hüreyrə - radıyallahu anhu – dan rəvayət edir ki, bir gün səhər Rəsulullah - sallallahu aleyhi və səlləm – bizim yanımıza bir az gec gəldi. Axşam olduqda, aramızdan biri dedi: «Ey Allahın Rəsulu! Səni bu gün görmədiyimiz üçün çox kədərləndirk. Çətin vəziyyətə düşdük!». Peyğəmbər: «Yanımda heç olmamış bir mələk mənim yanıma gəlmək üçün Allahdan izn istədi. Sonra məni müjdələyərək dedi: «Qızın Fatimə - radıyallahu anhə – Cənnət əhli qadınlarının ağası (seyyididir). Həsən ilə Hüseyin - radıyallahu anhum – da Cənnət gənclərinin seyyididirlər»133.

128 - Məsruk, o da Aişə - radıyallahu anhə – dən rəvayət edir ki, Fatimə - radıyallahu anhə – eynilə Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in yerişini xatırladan bir yerişlə gəldi. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – ona: «Mərhəba qızım!» dedi və onu sağına (və ya soluna) oturtdu. Sonra ona gizlicə bir şey söylədi. O, ağladı, sonra bir dəfə də gizlicə bir şey söylədi, bu dəfə güldü. Dedim ki, «Bu günkü qədər kədərə daha yaxın sevincli bir gün görmədim». Sonra ondan Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in ona gizlicə nə dediyini soruşdum. O: «Rəsulullah - sallallahu aleyhi və səlləm – ölənə qədər onun sirrini açmayacağam». Öldükdən sonra soruşduğumda dedi: «Qulağıma gizlicə bunu dedi: «Cəbrail hər il bir dəfə gələrdi və biz onunla Quranı oxuyardıq. Bu il iki dəfə gəlib qarşılıqlı şəkildə Quran oxuduq. Bununla əcəlimin yaxınlaşdığını başa düşdüm. Məndən sonra Əhli Beytimdən mənə ilk qovuşan sən olacaqsan. Səndən əvvəl getməyim mənim üçün çox xoşdur!». Ona görə ağladım. Sonra mənə: «Bu Ümmətin və ya mömin qadınlarının seyyidi olmaqdan şad olmazsanmı?» dediyində, sevindim və güldüm»134.

129 - Şabi, o da Məsrukdan, o da Aişə - radıyallahu anhə – dən rəvayət edir ki, hamımız bir yerdə idik. Heç kimsə bizdən ayrı deyildi. Bu vaxt Fatimə - radıyallahu anhə – yeriyərək gəldi. Vallahi yerişi eynilə Rəsulullah - sallallahu aleyhi və səlləm – in yerişini xatırladırdı. Onun yanına çatdıqda, belə buyurdu: «Mərhəba qızım!». Onu sağına (ya da soluna) oturtdu. Sonra qulağına gizlicə bir şey dedi: O, şiddətli bir şəkildə ağladı. Gizlicə bir şey daha dedi. Bu dəfə güldü. Rəsulullah - sallallahu aleyhi və səlləm – qalxdıqdan sonra ona dedim ki: «İçimizdə xüsusi olaraq sənin qulağına nə isə dedi və sən ağladın. De görək, o dediyi şey nə idi?». Cavab verdi: «Rəsulullah - sallallahu aleyhi və səlləm – in sirrini açmaq mənə yaraşmaz». Rəsulullah - sallallahu aleyhi və səlləm – öldükdən sonra «Allaha xatirinə de, o vaxt Allah Rəsulu - sallallahu aleyhi və səlləm – sənə nə demişdir?» dedim. O: «İndi olar. Birinci dəfə bunu demişdi: «Cəbrail ildə bir dəfə gələrdi və qarşılıqlı şəkildə Quran oxuyardıq. Bu il iki dəfə gəldi və qarşılıqlı Quran oxuduq. Deyəsən əcəlim yaxınlaşıb, mən öləcəyəm. Allahdan qorx və səbirli ol! (Başqa rəvayətdə: Mən sənin üçün necə də gözəl SƏLƏFƏM)» Ondan sonra bunu dedi: «Ey Fatimə! Bu ümmət qadınlarının və bütün dünya qadınlarının seyyidi olmaq istəməzsənmı?» Bunu eşitdikdə sevincimdən güldüm135.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin