TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 1,01 Mb.
səhifə37/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   33   34   35   36   37   38   39   40   ...   84
Hz Ali

MÖMİNLƏRİN ƏMİRİ ƏLİ - Radıyallahu Anhu NUN PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm İN MÜBARƏK ÇİYNLƏRİNƏ ÇIXMASI HAQQINDA

119 - Əbu Məryəm rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Rəsulullah - sallallahu aleyhi və səlləm – ilə birlikdə idim. Nəhayət Kəbəyə çatdıq. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – mənim çiynimə çıxdı (Əli ayağa qalxdı). Rəsulullah - sallallahu aleyhi və səlləm – mənim gücsüzlüyümü gördükdə: «Otur!» dedi. Mən də oturdum. Peyğəmbər - sallallahu aleyhi və səlləm – endi və yanımda oturaraq: «Gəl, indi sən mənim çiynimə çıx!» deyə buyurdu. Mübarək çiyinlərinə çıxdım. Məni bərk-bərk tutmuşdu. Göyün üfüqlərini tuta biləcək bir hiss gəldi mənə. Kəbənin üstünə çıxdım. Üstündə sarı dəmirdən və ya misdən bir büt (heykəl) vardı. Tez onu sağa-sola, irəli-geri çəkdim, yaxşıca tutub burduqdan sonra, belə buyurdu: «Onu aşağı at!». O saat atdım, şüşə stəkan kimi qırılıb parçalandı. Sonra endim. Rəsulullah - sallallahu aleyhi və səlləm – ilə birlikdə heç kimsəyə görünmədən evlərə tərəf qaçdıq. Kiminlə isə qarşılaşmaqdan qorxurduq»125.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin