TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 1,01 Mb.
səhifə34/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   30   31   32   33   34   35   36   37   ...   84
Hz Ali

95 - Səid b. Vəhb - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – Rahbədə (insanlara xitab) edərək dedi: «Allaha xatirinə deyin: «QƏDİR XUM günü, içinizdə Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – in bu sözlərini kim eşidib: «Şübhəsiz Allah və onun Elçisi möminlərin vəlisidir. Mən kimin vəlisiyəmsə, bu da onun vəlisidir. Allahım, onu sevəni sev, ona düşmənlik edənə düşmənlik et. Ona kömək edənə də kömək et!». Səid (b. Vəhb) - radıyallahu anhu – dedi ki: (Əli - radıyallahu anhu – nun bu sözündən sonra) yanımızdan altı nəfər qalxıb şahidlik etdilər».

(Daha əvvəl zikretdiyimiz bir rəvatyətdə) Zeyd b. Yusey dedi ki, Yanımdan düz altı nəfər qalxıb şahidlik etdilər». Amr Zu Murrun rəvayətində isə belə deyilir: «Onu sevəni sevərəm, ona nifrət edənə də nifrət edərəm». Sözü gedən hədisi İsrail, Əbu İshaq vasitəsilə Amr Zu Murrdən rəvayət etmişdir101.



96 - İsrail, o da Əbu İshaqdan, o da Amr Zu Murrdən rəvayət edir ki, «Rahbədə Əli - radıyallahu anhu – nu gördüm. Muhamməd – sallallahu aleyhi və səlləm – in səhabələrinə belə deyirdi: «Allah xatirinə deyin! QƏDİR XUM günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu hansınız eşitmisiniz: «Mən kimin mövlasıyamsa (dostu), Əli də onun mövlasıdır. Allahım! Ona dost olana dost ol! Ona düşmən olana düşmən ol! Ona kömək edənə kömək et!». O saat bir sıra insanlar ayağa qalxıb Rəsulullah – sallallahu aleyhi və səlləm – in belə buyurduğuna şahidlik etdilər102.

97 - Əbu Muaviyə, o da əl-Aməşdən, o da Adiyy b. Sabitdən, o da Zir b. Hubeyşdən, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, «Toxumu yaradan, insanı xəlq edən Allah and olsun ki, bu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əhdidir: «Məni (yəni Əlini) yalnız mömin olan sevər. Mənə yalnız münafiq olan nifrət edər»103.

98 - Vəki, o da əl-Aməşdən, o da Adiy b. Sabitdən, o da Zir b. Hubeyşdən, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu xüsusda mənə əhdi vardır: «Məni yalnız mömin olan sevər, məndən yalnız, başqası yox, münafiq olan nifrət edər»104.

99 - əl-Fadl b. Musa, o da əl-Aməşdən, o da Adiy b. Sabitdən, o da Zir b. Heyşdən, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu xüsusda mənə əhdi vardır: «Səni yalnız mömin olan sevər, səndən yalnız, başqası yox münafiq olan nifrət edər»105.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin