ONU SEVMƏYƏ TƏŞVİQ (ÇAĞIRIŞ), ONA DÜŞMƏNÇİLİK ETMƏYƏ QARŞI XƏBƏRDARLIQ VƏ TƏHDİD (HƏDƏ) HAQQINDA
90 - Amir b. Vəsilə rəvayət edir ki, Əli - radıyallahu anhu – insanları ər-Rahbədə topladı və: «Allah xatirinə deyin, QƏDİR-XUM günü Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu hər kəs eşitmədi mi?». «Mənim möminlərə öz nəfslərindən daha üstün olduğumu bilmirsiniz? (Bunu dediyi zaman ayaq üstə idi, sonra Əli - radıyallahu anhu – nun əlini tutub belə dedi:) Mən kimin mövlasıyamsa, Əlidə onun mövlasıdır. Allahım! Onu sevəni sev, ona düşmən olana sən də düşmən ol». Əbu Tufeyl deyir ki: «Çıxıdm, içimdə bir hiss vardı. Zeyd b. Ərqamla qarşılaşdım, vəziyyəti ona bildirdim o: «Hələ şübhə mi edirsən? Mən bunu şəxsən Allah Rəsulu – sallallahu aleyhi və səlləm – dən eşidmişəm» deyə cavab verdi. Bu ləfs, ravilərdən Əbu Davuda aiddir96.
91 - Sadın qıqzı Aişə ilə Sadın oğlu Amir - radıyallahu anhum – dan rəvayət olunur ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – xütbə oxudu və belə buyurdu: «Ey Cəmaat! Şübhəsiz ki, mən sizin vəlinizəm!». Onlar: «Düz dedin» dedilər. Bunun ardınca Əli - radıyallahu anhu – nun əlini qaldırdı və belə buyurdu: «Bu mənim vəlimdir, əvəzimə ödəyə (bilən) odur. Onu sevəni Allah sevsin, ona düşmən olana Allah da düşmən olsun!»97.
92 - Sad - radıyallahu anhu – rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nun əlindən tutub xütbə oxudu, Allaha həmdu-səna etdikdən sonra belə buyurdu: «Mənim sizə öz nəfsinizdən daha üstün olduğumu bilirsiniz mi?». Biz: «Bəli, düz söylədin ey Allahın Rəsulu!» dedilər. Sonra Əli - radıyallahu anhu – nun əlindən tutub qaldırdı və belə buyurdu: «Mən kimin vəlisiyəmsə, Əli də onun vəlisidir. Allah onu sevəni sevər, ona düşmən olana düşmən olar»98.
93 - Sadın qızı Aişə, o da Sad - radıyallahu anhu – dan rəvayət edir ki, Məkkə yoluyla (Məkkəyə) gedərkən Allah Rəsulu – sallallahu aleyhi və səlləm – ilə birlikdə idik. İnsanlar ətrafına yığışdıqda belə buyurdu: «Ey cəmaat! Sizin vəliniz kimdir?». Onlar: «(Üç dəfə) Allah və Rəsuludur» dedilər. Sonra Əli - radıyallahu anhu – nun əlindən tutub ayağa qaldırdı və belə buyurdu: «Allah və Rəsulu kimin vəlisi isə, bu da onun vəlisidir. Allahım! Onu sevəni sev, ona düşmən olana düşmən ol!»99.