TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 1,01 Mb.
səhifə28/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   24   25   26   27   28   29   30   31   ...   84
Hz Ali

PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «MƏN KİMİN VƏLİSİYƏMSƏ, ƏLİ - Radıyallahu Anhu DA ONUN VƏLİSİDİR» SÖZÜ HAQQINDA

76 - Əbu-Tufel, o da Zeyd b. Əkram - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Vəda həccindən qayıdıb QƏDİR-XUMDA dayandıqda ağacların altının süpürülüb təmizlənməsini əmr etdi və sonra belə buyurdu: «Sanki çağırıldım və o çağırışı qəbul etdim. Sizə iki ağır şey qoyacağam, biri digərlərindən daha böyükdür: Allahın Kitabı ilə Əhli Beytimi. Məndən sonra onlara qarşı necə davranacağınıza diqqət edin. Onlar, Havuz başında yanıma gələnə qədər bir-birilərindən ayrılmazlar». Sonra belə buyurdu: «Şübhəsiz ki, Allah, mənim Mövlamdır. Mən də hər möminin vəlisiyəm». Sonra Əli - radıyallahu anhu – nun əlindən tutub belə buyurdu: «Mən kimin vəlisiyəmsə, bu da onun vəlisidir. Allahım onu sevəni sev, ona düşmən olana sən də düşmən ol!». Zeyd b. Ərkam - radıyallahu anhu – dan: «Bunu Allah Rəsulu – sallallahu aleyhi və səlləm – dən özün eşitdinmi?» deyə soruşduqda, «Bəli, DUHATTDA (ağaclıqda) olan hər kəs bunu gözlərilə gördü və qulaqları ilə eşitdi» deyə cavab verdi81.

77 - Sad b. Ubeydə, o da İbn Bureydədən, o da atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizim, üzərimizə Əli - radıyallahu anhu – nu rəhbər təyin edərək göndərdi. Qayıtdığımız zaman buyurdu: «Yoldaşınızın yoldaşlığı necədir?». Ya mən şikayət etdim, ya da məndən qeyrisi (şikayət etdi). Məkkəli bir adam idim. Başımı qaldırdıqda, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in mübarək üzünün qızardığını gördüm. O: «Mən kimin vəlisiyəmsə, Əli də onun vəlisidir!»82.

78 - İbn Abbas, o da Bureydə - radıyallahu anhum – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni Əli - radıyallahu anhu – ilə birlikdə Yəmənə göndərdi. Bir az əziyyət çəkdim ondan. Geri qayıtdıqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə şikayət etdim. Bunə görə başını mənə qaldırıb belə buyurdu: «Ey Bureydə! Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!»83.

79 - İbn Abbas, o da Bureydə - radıyallahu anhum – dan rəvayət edir ki, Əli - radıyallahu anhu – ilə Yəmənə getdim. Ondan bir az əziyyət gördüm. Peyğəmvər – sallallahu aleyhi və səlləm – in yanına gəldiyimdə ondan danışdım və onun haqqında biraz artıq-əskik danışdım. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzü dəyişməyə başladı və belə buyurdu: «Ey Bureydə! Mən möminlərə öz canlarından daha üstün deyiləmmi?». Mən: «Bəli ey Allahın Rəsulu!» dedim. O: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!» buyurdu84.

80 - AbdulVahid b. Əymən, o da atasından, o da Sad - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!»85.

81 - Zeyd b. Ərqam - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qalxdı, Allaha həmdu-səna etdikdən sonra buyurdu: «Mənim hər möminə öz nəfsindən daha üstün olduğumu bilirsinizmi?». Səhabələr: «Biz şəhadət edirik ki, sən hər bir möminə öz nəfsindən daha üstünsən!» dedilər. Əli - radıyallahu anhu – nun əlidən tutaraq: «Mən kimin mövlasıyamsa, bu da onun mövlasıdır!» deyə buyurdu86.

82 - Umeyrə b. Sad - radıyallahu anhu – rəvayət edir ki, o Əli - radıyallahu anhu – dan eşitdi ki, o insanlara: «Allah xatirinə deyin! Kim Allah Rəsulundan, Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır dediyini eşidib?» deyərdi. O saat altı nəfər ayağa qalxıb: «Biz bunu eşitmişik» deyərək şahidlik etdilər87.

83 - Əbu İshaq, o da Səid b. Vəhb - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in səhabələrindən beş və ya altı nəfər ayağa qalxaraq, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in belə buyurduğuna şahidlik etdilər: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır»88.

84 - Əbu İshaq, o da Səid b. Vəhb - radıyallahu anhu – dan rəvayət edir ki, Səhabələrdən altı nəfər qalxdı - Yezid b. Yusey: «Minbərin yanından altı nəfər qalxdı» dedi və hamısı da Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in belə buyurduğuna şahidlik etdilər: «Mən kimin mömvlasıyamsa, Əli də onun mövlasıdır»89.

85 - İmran b. Əban, o da Şərikdən, o da Əbu İshaqdan, o da Zeyd b. Yusey - radıyallahu anhu – dan rəvayət edir ki, Əbu Talib oğlu Əli - radıyallahu anhu – nun Kufə minbərində belə dediyini eşitdim: «Muhamməd – sallallahu aleyhi və səlləm – in səhabələrindən olmaq şərtilə içinizdən bir nəfər axtarıram ki, Allah xatirinə desin: QƏDİR-XUM günü Allah Rəsulu – sallallahu aleyhi və səlləm – belə buyurmadı mı?: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım! Onu sevəni səv, ona düşmən olana düşmən ol!». Bundan sonra digər minbərin yanından düz altı nəfər qalxdı və bunu Allah Rəsulu – sallallahu aleyhi və səlləm – dən eşitdiklərinə dair şahidlik etdilər». Şərik deyir ki, Əbu İshaqdan rəvayət olunur ki: «Bəra b. Azib - radıyallahu anhu – dan bunu Allah Rəsulu – sallallahu aleyhi və səlləm – dən nəql etdiyini eşidmisən mi?» deyə soruşduqda «Bəli» deyə cavab verdi.

Əbu AbdurRahman (Nəsəi) – rahmətullahi aleyhi - deyir ki: «İmran b. Əban əl-Nəsati hədisdə qüvvətli deyil»90.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin