65 - Mutarrif b. Abdullah, o da İmran b. Hüseyn - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Əli məndəndir, mən də ondanam. (O) Məndən sonra hər bir möminin vəlisidir»70.
ƏLİ ƏBU İSHAQIN BU HƏDİS BARƏSİNDƏ ZİKR ETDİYİ İXTİLAFI
66 - Yəhya b. Adəm, o da İsraildən, o da Əbu İshaqdan, o da Hubşi b. Cünadətis-Səlulidən rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşidmişəm: «Əli məndəndir, mən də ondanam»71.
67 - Ubeydullah, o da İsraildən, o da Əbu İshaqdan, o da Bəra b. Azib - radıyallahu anhu –dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya belə buyurdu: «Sən məndənsən, mən də səndənəm»72.
68 - əl-Qasım b. Yezid əl-Cərmi, o da İsraildən, o da Əbu İshaqdan, o da Hubeyrə b. Yərim ilə Hani b. Hanidən, ikisi də Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Məkkədən çıxdığımızda baxdım ki, Həmzənin qızı: «Ey əmi, ey əmi!» deyə səsləyiri. Əli - radıyallahu anhu – onu qucağına alaraq xanımına dedi: «Götür əmin qızını!». O da onu götürüb belinə aldı. Bu vaxt o qız barəsində Əli, Zeyd və Cəfər - radıyallahu anhum – mübahisə etməyə başladılar. Əli: «O, mənim əmimin qızıdır. Onun üçün mən onu götürdüm» dedi. Cəfər: «O, mənim də əmimin qızıdır, üstəlik xalası zövcəmdir» dedi. Zeyd isə: «O, mənim də əminin qızıdır» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə onu, xalasına verilməsi hökmünü verdi və belə buyurdu: «Xala ana yerinədir». Əli - radıyallahu anhu – ya da belə buyurdu: «Sən, qatımda Harun – əleyhissəlam – ın dərəcəsinə sahibsən. Mən səndənəm». Cəfər - radıyallahu anhu – ya: «Sən mənim xilqətimə və əxlaqıma oxşadın». Zeyd - radıyallahu anhu – ya isə: «Ey Zeyd! Sən də qardaşımız və mövlamızsan!»73.