PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN: «SİZİ ÇIXARIB ONU MƏN BURAXMADIM, SİZİ ÇIXARIB ONU DAXİL EDƏN ALLAHDIR» SÖZÜ HAQQINDA
38 - İbrahim b. Sad b. Əbi Vəqqasdan, o da atasından: Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında idik. Yanında bir qövm oturmaqda idi. Əli - radıyallahu anhu – içəri girdi. O girdikdə, onlar çıxdılar. Çıxdıqlarında onu qınamağa başladılar və dedilər ki: «Vallahi o girdiyi zaman çıxmarıq» deyib, ondan sonra qayıdıb yenidən girdilər. Peyğəmbər: «Vallahi onu buraxıb, sizi çıxaran mən deyiləm! Onu buraxıb sizi çıxaran məhz Allahdır!». Əbu AbdurRahman dedi ki: «Bu həqiqətə daha uyğundur»43.
39 - əl-Haris b. Malik rəvayət edir ki, Məkkəyə gəlib Sad b. Əbi Vəqqas - radıyallahu anhu – ilə görüşdüm. Mən dedim ki: «Əli - radıyallahu anhu – nun fəzilətini heç eşitdin mi?». Belə dedi: «Biz məsçiddə, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – lə birlikdə idik. (Gecə belə səsləndi): «Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in ailəsi ilə Əli - radıyallahu anhu – nun ailəsindən başqa kim varsa məsçiddən çıxsın». Hamımız çıxdıq, səhər əmisi gəlib Ona belə dedi: «Ey Allahın Rəsulu! Əshabını və əmini çıxarıb bu uşağı burda qoydun». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu uşağı burda qoyub, sizin çıxmanızı mən əmr etmədim; bunu əmr edən şübhəsiz ki, Allahdır».
Bu hədisi Fıtır, Abdullah b. Şərikdən, o da Abdullah b. ər-Rakimdən, o da Saddan bu ifadə ilə rəvayət etdi: Abbas - radıyallahu anhu – gəlib, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə belə dedi: «Əli - radıyallahu anhu – nun qapısından başqa hamımızın qapılarını bağlatdın». Bu cavabı verdi: «Onu nə mən açdım, nə də mən bağlatdım»44.
Dostları ilə paylaş: |