35 - Əbu İshaq, o da Harisə b. Mudribdən, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – məni Yəmənə göndərdi. Mən dedim ki: «Sən məni, məndən yaşlı bir qövmə aralarında hökm verməyim üçün göndərirsən!». Peyğəmbər: «Şübhəsiz Allah, sənin qəlbini doğru yola yönəldib, dilini də sabit edəcəkdir» deyə buyurdu40.
36 - Əbu İshaqdan, o da Amr b. Hubşidən, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəulu – sallallahu aleyhi və səlləm – məni Yəmənə göndərdi. Mən dedim ki: «Ey Allahın Rəsulu! Sən məni yaşlı insanlara göndərirsən, verdiyim hökmlədə düzgun (ədalətli) olmaya-cağımdan qorxuram». Peyğəmbər: «Allah, sənin dilini sabit edib, qəlbini doğruya yönəldəcəkdir» deyə buyurdu41.