TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


- Bizə Zəkəriyyə b. Yəhya əs-Səczi dedi ki, bizə Abdullah b. Ömər - radıyallahu anhu – rəvayət etdi45. 41 -



Yüklə 1,01 Mb.
səhifə21/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   17   18   19   20   21   22   23   24   ...   84
Hz Ali

40 - Bizə Zəkəriyyə b. Yəhya əs-Səczi dedi ki, bizə Abdullah b. Ömər - radıyallahu anhu – rəvayət etdi45.

41 - Əbu Bələc, o da Amr b. Meymundan, o da İbn Abbasdan - radıyallahu anhum – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm –, Əli - radıyallahu anhu – nun qapısından başqa, məsçidin bütün qapılarının bağlanmasını əmr etdi»46.

42 - Yəhyadan, o da Amr b. Meymundan, İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – nun qapısından başqa məsçiddəki bütün qapılar bağlanıldı; cunub ikən məsçidə girərdi, çünki yolu oradan idi, ondan başqa (məsçidə girəcək) yolu yox idi»47.
ƏLİ B. ƏBU TALİB - Radıyallahu Anhu NUN ALLAH RƏSULU Sallallahu Aleyhi Və Səlləm İN YANINDA OLAN DƏRƏCƏSİ HAQQINDA

43 - Qatadədən, o da Səid b. əl-Museyyibdən, o da Sad b. Əbu Vəqqas – Allah onlardan razı olsun – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Təbuk döyüşünə gedərkən, Mədinədə öz yerinə Əli - radıyallahu anhu – nu qoydu. Buna görə bəziləri dedilər ki: «Allah Rəsulu – sallallahu aleyhi və səlləm – deyəsən ondan bezdi və söhbətində iştirak etməsini istəmədi». Buna görə də Əli - radıyallahu anhu – tez Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in ardınca gedib yolda ona çatdı və belə dedi: «Ey Allahın Rəsulu! Məni Mədinədə uşaq və qadınlarla buraxırsan». (Başqa rəvayətdə) Ondan bezdi və söhbətlərində iştirak etməsini istəmədi» dedilər. Peyğəmbər: «Ey Əli! Qatımda, Harunun Musa – əleyhimussəlam - qatındakı mərtəbəsində olmaq istəməzssən mi? Sadəcə, məndən sonra Peyğəmbər yoxdur!»48.

44 - Yəhya b. Səid, o da Səid b. əl-Museyyibdən, o da Sad b. Əbu Vaqqas – Allah onlardan razı olsun – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatındakı dərəcəsindəsən!»49.

45 - Haşimdən, o da Səid b. əl-Museyyibdən, o da Sad – Allah onlardan razı olsun – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Təbuk döyüşünə çıxdıqda, Əli - radıyallahu anhu – onun ardıyca gedərək dedi: «Ey Allahın Rəsulu! Məni geridə qalıb döyüşə qatılmayanlarla mı qoyursan?». Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Əli! Peyğəmbərlik xaric, sən mənim nəzdnimdə, Harunun Musa – əleyhimussəlam - ın nəzdnindəki mövqeində olmaq istəməzsənmi?»50.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin