PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm –İN: «ƏLİ - Radıyallahu Anhu – NUN QAPISINDAN BAŞQA, BÜTÜN QAPILARI BAĞLAMAQLA ƏMR OLUNDUM» SÖZÜ HAQQINDA
37 - Zeyd b. Ərkam - radıyallahu anhu – rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in əshabından bir qrup insanların məsçidə girən qapıları vardı. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Əli - radıyallahu anhu – nun qapısından başqa digər qapıları bağlayın!». Cəmaat bu xüsusda artıq-əskik danışdıqda, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Allah həmdu-səna etdi, sonra belə buyurdu: «Əli - radıyallahu anhu – nun qapısından başqa, digər qapıları bağlamaqla əmr olundum. Bu xüsusda diyəniniz, deyəcəyini dedi, amma Vallahi mən, onu nə bağladım, nə də açdım, sadəcə əmr aldım və o əmrə də tabe oldum»42.