PEYĞƏMBƏR –Sallallahu Aleyhi Və Səlləm –İN: «ALLAH ƏLİ - Radıyallahu Anhu –NUN QƏLBİNİ İMAN ÜÇÜN İMTAHAN ETMİŞDİR» SÖZÜ HAQQINDA
30 - Mənsur, o da Rabidən, o da, Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına Qureyişdən bir sıra insanlar gəlib belə dedilər: «Ey Muhəmməd! Biz sənin qonşuların və müttəfiqlərinik. Qullarımızdan bir qrupu, dinə və fiqhə hər hansı bir rəğbətləri olmadıqları halda sənin yanına gəliblər, evlərmizdən və mallarımızdan qaçdılar. Nə olar, onları bizə geri qaytar!» Bundan sonra (Peyğəmbər) Əbu Bəkr - radıyallahu anhu – ya (tərəf) dönüb: «Sən nə deyirsən?» deyə soruşdu. O: «Doğru dedilər. Onlar sənin qonşuların və müttəfiqlərindirlər» deyə cavab verdikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzü birdən dəyişdi. Sonra Ömər - radıyallahu anhu – ya (tərəf) dönüb: «Sən nə deyirsən?» deyə soruşdu. O da: «Düz dedilər. Onlar sənin həm qonşuların, həm də dostlarındır!» deyə cavab verdi. Bu dəfə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzü dəyişdi. Sonra belə buyurdu: «Ey Qureyş cəmaatı! Vallahi Allah, içinizdən iman üçün qəlbini imtahan etdiyi bir adam göndərəcək və din üçün (sizin) boynunuzu vuracaq (və ya bəzinizin boynunu vuracaq)» dedi. Bundan sonra Əbu Bəkr: «Ey Allahın Rəsulu! O adam mənəm?» deyə soruşduqda, «Xeyir!» dedi. Ömər - radıyallahu anhu – irəli atılıb dedi: «Görəsən o adam mənəm, ey Allahın Rəsulu?». Peyğəmbər: «Xeyir, o adam başmağı və ya (başmağımı) təmir edən adamdır!» deyə buyurdu. O, anda Əli - radıyallahu anhu – ya başmağını vermiş, təmir etdirirdi»35.