25 - Abdullah b. Sələmə, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Əli! Sənə sevinc bəxş edən və kədərini qaldıracaq bir neçə kəlmə öyrədim mi? LƏ İLƏHƏ İLLƏLLAHUL ALİYUL AZİM, SUBHƏNƏLLAH RABBİS SƏMƏVƏTİS SƏBİL VƏ RABBİL ARŞİL AZİM, ƏL-HAMDULİL-LAHİ RABBİL ALƏMİN - Böyük və Uca olan Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Yeddi qat göylərin Rəbbi və böyük Ərşin də Rəbbi olan Allah hər cür nöqsandan uzaqdır. Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur»30.