TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 1,01 Mb.
səhifə14/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   10   11   12   13   14   15   16   17   ...   84
Hz Ali

26 - AbdurRahman b. Əbi Leyla, Əli - radıyallahu anhu – dan rəvayət edir ki, kədəri (qəmi) aparan bir neçə kəlmə»31.

27 - AbdurRahman b. Əbi Leyla, Əli - radıyallahu anhu – dan rəvayət edir ki, o, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən yuxarıdakı hədisin bənzərini rəvayət etdi»32.

28 - AbdurRahman b. Əbi Leyla, Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sənə bir neçə kəlmə öyrədim mi? Onları dediyin zaman günahların bağışlanar. O ki, qaldı (sənin) günahlarına (onlar) bağışlanmışdır: «LƏ İLƏHƏ İLLƏLLAHUL ALİYUL AZİM, LƏ İLƏHƏ İLLƏLLAHUL HALİMUL KƏRİM, SUBHANƏ RABBİL ARŞİL AZİM, ƏL-HAMDULİLLƏHİ RABBİL ALƏMİN - Böyük və Uca Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Həlim və Kərim olan Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Böyük Ərşin Rəbbi olan Allahı (hər cür nöqsanlardan) uzaq edirəm. Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur»33.

29 - Əbu İshaq, o da əl-Harisdən, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sənə bir dua öyrədim mi? Bu duanı etdiyin zaman, hər nə qədər bağışlanmış olsan da (yenə) bağışlanarsan». O: «Bəli!» dedim. Peyğəmbər: «LƏ İLƏHƏ İLLƏLLAHUL ALİYUL AZİM, LƏ İLƏHƏ İLLƏLLAHUL HALİMUL KƏRİM, SUBHANƏ RABBİL ARŞİL AZİM, ƏL-HAMDUİLLƏH RABBİL ALƏMİN - Böyük və Uca Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Həlim və Kərim olan Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Böyük Ərşin Rəbbi olan Allahı hər cür nöqsanlardan uzaq tuturam. Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur».

(MÜƏLLİF) Əbu AbdurRahman (Nəsəi) – rahmətullahi aleyhi - dedi ki: «Əbu İshaq, əl-Harisdən dörd hədisdən başqa heç bir hədis eşidməmişdir, bu (hədis) onlardan biri deyil. Bunu biz, əl-Huseyn b. Vakid əl-İsrailiyə və Əli b. Salihə müxalif olduğuna görə təxric etdik. əl-Haris əl-Avər hədisdə o, qədər etibarlı deyil. Asim b. Damrə, ondan daha yaxşıdır»34.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin