TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 1,01 Mb.
səhifə29/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   25   26   27   28   29   30   31   32   ...   84
Hz Ali

PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «MƏNDƏN SONRA ƏLİ - Radıyallahu Anhu HƏR BİR MÖMİNİN VƏLİSİDİR» SÖZÜ HAQQINDA

86 - İmran b. Huseyn - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir ordu hazırladı, üzərinə Əli - radıyallahu anhu – nu rəhbər təyin etdi. Ordusuyla getdi. Döyüşdə bir cariyə əldə etdi, (onunla yaxınlıq etdi. Əskərləri) xoş qarşılamadılar. Rəsulullah – sallallahu aleyhi və səlləm – in səhabələrindən dörd nəfər öz aralarında: «Allah Rəsulunu gördüyümüzdə mütləq bunu ona bildirəcəyik!» deyə razılaşdılar. Müsəlmanlar, səfərdən qayıtdıqlarında əvvəl Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına girib salam verər, sonra evlərinə gedərdilər. Ordu səfərdən qayıtdıqlarında, əvvəlcə Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – in yanına girdilər, salam verdilər. Dörd nəfərdən biri qalxıb belə dedi: «Ey Allahın Rəsulu! Əli, belə-belə etdi». Rəsulullah – sallallahu aleyhi və səlləm – ondan üz çevirdi. Bu dəfə ikincisi qalxıb eyni şeyi dedi. Sonra üçüncüsü qalxdı, o da deyəcəklərini dilə gətirdi. Bundan sonra Allah Rəsulu – sallallahu aleyhi və səlləm – üzündə qəzəb görsənən bir şəkildə onlara tərəf döndü və buyurdu: «Əlidən nə istəyirsiniz? (Bu sözünü üç dəfə təkrar etdi). Şübhəsiz ki, Əli məndəndir, mən də ondanam. O, məndən sonra hər bir möminin vəlisidir»91.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin