PEYĞƏMBƏR –Sallallahu Aleyhi Və Səlləm –İN: «ƏLİ - Radıyallahu Anhu –MƏNDƏN SONRA SİZİN VƏLİNİZDİR» SÖZÜ HAQQINDA
87 - Abdullah b. Bureydədən, o da atasından rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – bizi Xalid b. Vəlid - radıyallahu anhu – ilə birlikdə Yəmənə göndərdi. Başqa bir ordunu da Əli - radıyallahu anhu – nun rəhbərliyi altında göndərdi. Belə buyurdu: «Əgər hansısa bir yerdə görüşsəniz, orduların rəhbəri Əli - radıyallahu anhu – olsun. Ayrıldığınızda hər kəs öz ordusunun rəhbərliyinə qayıtsın». Yəmən əhlindən Zəbid oğulları ilə qarşılaşdıq. Müsəlmanlar müşriklər üzərində qələbə çaldılar. Döyüşənlərlə döyüşdük, bir çox uşaq əsir aldıq. Əli - radıyallahu anhu – əsirlər arasından özünə bir cariyə seçdi. Bundan sonra Xalid b. Vəlid - radıyallahu anhu – (bunu xoş qarşılamayıb) bir məktubla bunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bildirdi və Əli - radıyallahu anhu – dan da (onu) almağımı əmr etdi. Məktubu Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə verdim və Əli - radıyallahu anhu – dan da onu aldım. Bundan sonra Allah Rəsulu – sallallahu aleyhi və səlləm – (məktubu oxuduqdan sonra) üzü dəyişdi və belə buyurdu: «Ey Bureydə! Əliyə qəzəblənmə! Çünkü Əli məndəndir, mən də ondanam. O, məndən sonra sizin vəlinizdir92 (Başqa rəvayətdə: Bəra - radıyallahu anhu – ya deyir ki: «Allah və Peyğəmbərini sevən və Allah və Peyğəmbərinin sevdiyi bir kimsə barəsində sən nə düşünürsən?». Mən də: «Allahın və Peyğəmbərin qəzəbindən Allaha sığınıram. Mən ancaq bir elçiyəm (səfir) dedim. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – susdu)»93.