MƏRƏYƏM OĞLU İSA İLƏ ZƏKƏRİYYƏ OĞLU YƏHYA – Əleyhimussəlam –İSTİSNA OLMAQLA
ƏLİ B. ƏBU TALİB - Radıyallahu Anhu –VƏ DÜNYA ƏTİRLƏRİNİN (REYHANI) VƏ CƏNNƏTDƏ CAVANLARIN AĞASI (SEYYİDİ) OLAN ALLAH RƏSULU - Sallallahu Aleyhi Və Səlləm –İN NƏVƏLƏRİ HƏSƏN VƏ HÜSEYN - Radıyallahu Anhum –BARƏSİNDƏ ZİKR EDİLMİŞ HƏDİS HAQQINDA
135 - Muhamməd b. Usamə b. Zeyd - radıyallahu anhum – atasından rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buyurdu: «Sənə gəldikdə isə ey Əli! Sən mənim qardaşımsan, eyni zamanda övladımın atasısan. Sən məndənsən, mən də səndənəm»142.
PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm –İN: «HƏSƏN VƏ HÜSEYN - Radıyallahu Anhum –MƏNİM OĞULLARIMDIR» SÖZÜ HAQQINDA
136 - Zeyd b. Hərisənin oğlu Usamə - radıyallahu anhu – rəvayət edir ki, bir gecə ehtiyacım üçün Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in yanına getdim. Paltarının altında bilmədiyim bir şeyin olduğunu gördüm. İşimi gördükdən sonra soruşdum: «Bu paltarın altında tutduğun şey nədir?». Açdı, bir də gördüm ki, Həsən ilə Hüseyn - radıyallahu anhum – dur. Belə buyurdu: «Bunlar mənim oğullarımdır, qızımın oğullarıdır. Allahım! Bilirsən ki, mən bunları sevirəm, sən də bunları sev!»143.