HƏSƏN İLƏ HÜSEYİN - Radıyallahu Anhum –CƏNNƏT ƏHLİ GƏNCLƏRİNİN AĞASI (SEYYİDİ) OLDUĞU HAQQINDAKI XƏBƏRLƏR
137 - AbdurRahman b. Əbi Nuaym, o da Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buyurdu: «Həsən və Hüseyn - radıyallahu anhum – Cənnət əhli gənclərinin ağası (seyyididirlər)»144.
138 - Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buyurdu: «Həsən və Hüseyn Cənnət əhlinin gənclərinin seyyididirlər». Bundan heç bir şey istisna etmədi145.
139 - Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buryurdu: «Xala uşaqları olan Məryəm oğlu İsa ilə Zəkəriyə oğlu Yəhya – əleyhimussəlam – istisna olmaqla, Həsən və Hüseyn - radıyallahu anhum – Cənnət əhli gənclərinin ağasıdırlar (seyyididirlər)»146.