TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə21/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   17   18   19   20   21   22   23   24   ...   141
DƏRSLİK


– 
birbaşa nəfəsvermə. 
Əgər asfiksiya (boğulma) aradan qalxmırsa və ya getdikcə artırsa, bu zaman dəqiqədə 40–60 
dəfə ağciyərlərin süni ventilya-siyasını vals ritmində təmin edin (“Bir” sayına nəfəs verilir, “İki – Üç” sayına nəfəsin 
buraxılması gözlənilir). Bu tədbirlər başlayandan 30 saniyə sonra 6 saniyə reanimasiya tədbirləri dayandırılır və əgər 
yenidoğulmuşun sərbəst tənəffüsü, ürək vurgularının dəqiqəlik sayı 100-dən çoxdursa və dəri örtüyü çəhrayı rəngə 
çalırsa, deməli tənəffüsü bərpa olunub, asfiksiya aradan götürülüb və ya götürülmək üzrədir. 
3.

– 
canlandırma. 
Sərbəst tənəffüs bərpa olunmadıqda, dərinin rənginin göyərməsi (sianoz) davam edir və ürək 
vurğularının dəqiqədə sayı 60-dan azdırsa, yenidoğulmuşlarda döş qəfəsinin hər 3 kompressiyasından sonra 1 süni 
nəfəs verilməlidir (imkan daxilində 100%-li oksigenin verilməsi məsləhət görülür). Dəqiqədə 90 kompressiya və 30 süni 
tənəffüs aparılmalıdır. İkinci xilasedici süni tənəffüsün başlama vaxtını bilmək üçün birinci xilasedici döş qəfəsinə etdiyi 
təzyiqləri ucadan saymalıdır: “Bir və İki və Üç və Nəfəs və”. Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündür- 
lüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalıdır. 
4.
30 saniyə ərzində aparılan kompressiya və süni tənəffüsdən sonra ürək döyüntülərinin sayı dəqiqədə 60-dan az olarsa
adrenalin yeridilir. 
30 saniyə ərzində müsbət təzyiq altında süni ventilyasiya və döş qəfəsinin kompressiyasını etdikdən sonra 6 saniyə 
ərzində reanimasiya tədbirləri dayandırılır, uşaqda sərbəst tənəffüs, ÜVS (ürək vurğularının dəqiqəlik sayı) və dəri 
örtüklərinin rəngi qiymətləndirilir. 
Diqqət! 
(1) 10 dəqiqə keyfiyyətli ÜAR-dan sonra yenidoğulmuşda ürək vurğuları təyin edilmirsə, reanimasiyanı dayandırmaq olar. 
Əgər yenidoğulmuşa reanimasiya aparılmasının vacibliyinə dair şübhə varsa, həmişə reanimasiya tədbirlərinə başlamaq 
lazımdır. 
(2)
Ürək vurğularının dəqiqəlik sayı (ÜVS) 60-dan çoxdursa, ürəyin xarici masajı dayandırılır və sərbəst tənəffüs bərpa 
olunana qədər ağciyərlərin süni ventilyasiyasını aparmaq lazımdır. 
(3)
Ürək vurğularının dəqiqəlik sayı (ÜVS) 60-dan azdırsa, reanimasiya tədbirləri davam etdirmək lazımdır (ürəyin qapalı 
masajı və ağciyərlərin süni ventilyasiyası). 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin