Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə52/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   48   49   50   51   52   53   54   55   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
57
DƏNİZ KONDENSAT QUYULARININ İSTİSMARINDA QUM 
SƏBƏBİNDƏN BAŞ VERƏN MÜRƏKKƏBLƏŞMƏLƏR VƏ ONA 
QARŞI MÜBARİZƏ 
Qorxmaz Əbilov 
Az
ə
rbaycan Dövl
ə
t Neft v
ə
 S
ə
naye Universiteti 
Bak
ı
, Az
ə
rbaycan 
qorxmaz.abilov@mail.ru 
Elmi rəhbər: Dosent Şahin İsmayılov 
Açar sözlər:
Qum təzahürü, qum tıxacı, süzgəclər, quyudibi, yuma əməliyyatı 
Zəif sementlənmiş və kövrək süxurlardan ibarət olan məhsuldar laylar-
dan (horizontlardan) işləyən, istismar quyularının quyudibi zonasının təbii 
litoloji strukturunun pozulması ilə , istismar quyularının istismar kəmərinin 
süzgəc hissəsində və quyu lüləsində qum əmələgəlmə prosesi nəticəsində 
baş verən mürəkkəbləşmələr, quyudaxili avadanlıqların vaxtından əvvəl 
sıradan çıxmasına, quyuların istismar göstəricilərinin pisləşməsinə və böyük 
həcmdə quyularda hasilat itgisinə səbəb olur. 
Məhsuldar layları təşkil edən dağ süxurlarının əsas süzülmə deformasi-
yaları aşağıdakılardır: 
a) Süxurların daim işlənməsindən yaranan deformasiya; 
b) Süxurların mexaniki suffuziyası, yəni daşınması; 
c) Süxurun daxili yuyulması. 
Hal-hazırda kövrək və zəif sementlənmiş süxurlardan ibarət olan məh-
suldar horizontlardan işləyən istismar quyularının quyudibi zonalarının möh-
kəmləndirilməsi üçün əsasən aşağıdakı üsullardan istifadə edilir: 
1. Su-sement və neft-sement məhlulları ilə işlənilmə
2. Xüsusi kimyəvi reagentlər və aşqarlar əlavə edilən sement məhlulları 
ilə işlənilmə; 
3. Kimyəvi üsul – yüksəkmolekulyar birləşmələr vasitəsilə işlənilmə
4. Quyudibi zonalarda neftin kokslaşdırılması; 
5. Süni süzgəclərin yaradılması və quyudibi zonada tətbiq edilməsi. 
Məlum olduğu kimi karbohidrogen yataqlarının işlənilməsi üçün, bu 
yataqlara çoxlu sayda müxtəlif təyinatlı (istismar, injeksiya və s.) quyular 
qazılır. Quyu tikintisi zamanı ən vacib və məsuliyyətli etaplardan biri, quyu-
ların tamamlanması işləridir ki, bu zaman aşağıdakı işlər görülür: 
a) məhsuldar layın qazılaraq açılması; 
b) istismar kəmərinin endirilməsi və kəmərarxasının sementlənməsi; 
c) quyudibinin təmizlənməsi, yığılması və tamamlanması; 
d) quyunun mənimsənilərək məhsuldar laydan axının yaradılması. 
İstismar quyularında qum əmələgəlmə prosesi zamanı tətbiq edilən üsul-
lardan ən səmərəlisi və geniş istifadə ediləni çınqıllı süzgəclərdən istifadə-



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin