Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə53/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   49   50   51   52   53   54   55   56   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
58
dədir. İstismar quyularının quyudiblərinin digər bir tamamlanma üsulu da açıq 
lülənin genişlənən qum süzgəci (GQS) ilə tamamlanmasıdır. Genişlənən 
qum süzgəclərindən istifadə edilməsi yeni texnologiyadır və elmi-texnika 
inkişaf etdikcə o daha da təkmilləşdirilir. Bu növ tamamlanmanın aşağıdakı 
üstün cəhətləri vardır: 
I.Hasilat sahəsindəki məqsədlərin yerinə yetirilməsi; 
II.Genişlənən qum süzgəci quyunun ən yüksək hasilat tipini təmin edir
III.Genişlənən qum süzgəci açıq lüləli çınqıllı süzgəclə müqayisə oluna 
bilən skin effektini təmin edir. 
İstismar quyularında yaranan qum tıxaclarının ləğvi üçün əsasən aşağı-
dakı üsullardan istifadə edilir: 
1. Qum tıxaclarının jelonka ilə təmizlənməsi; 
2. Yaranmış qum tıxaclarının maye (su, gilli məhlul neft və s) ilə 
yuyulması; 
3. Qum tıxaclarının quyudan yüksək təzyiqli sıxılmış hava ilə üfürülərək 
çıxarılması; 
Tədqiqatın nəticəsi olaraq, laydan istismar quyularina qum əmələ gəl-
məsinə qarşı aparılan mübarizə üsüslları hər tərəfli, geniş tədqiq edilərək 
aşağıdakı nəticələrə gəlinmişdir. 
1. Qum əmələ gəlməsinə qarşı mübarizə üsulu iki istiqamətdə 
aparılmalıdır: 
- Laydan, məhsuldar horizontdan istismar quyusuna qum daxil ol-
maması üçün aparılan tədbirlər
- İstismar neft quyularında quyu dibinə daxil olmuş qumun görülən 
müxtəlif tədbirlər nəticəsində yer səthinə (quyu ağzına) qaldırılması 
üsulları. 
2. Yaranmış qum tıxacların ləğvi, düz yuma, əks yuma və qarışıq yuma; 
3. Məhsuldar laylardan qumun gəlməsinə qarşı, quyudibi zonanın 
bərkidilərək möhkəmlənməsi üçün müxtəlif tərkibli sement əsaslı 
məhlularda istifadə edilməsi; 
4. İstismar quyularının süzgəc hissəsinə (quyu dibinə) çınqıllı-yarıqlı 
süzgəclərin endirilməsi; 
5. Quyularda qum əmələ gəlməsinə qarşı mübarizədə yeni texnika və 
texnologiyalardan istifadə edilməsi. 
İstinad
1. [T.Ş.Salavatov, Ş.Z.İsmayılov, “Dəniz qaz və qazkondensat yataqlarının işlənməsi 
nəzəriyyəsi və istismar texnologiyası”, Dərslik, Bakı-2019, s. 200-259.] 
2. [T.Ş.Salavatov, Ş.Z.İsmayılov, S.İ.Mansurova,”Dəniz yataqlarının neft-qaz laylarının və 
quyularının qazohidrodinamik tədqiqat üsulları”, Bakı-2019, s. 22-29.] 
3. [Ş.S.Orucov, “Dəniz neft-qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı zamanı 
yaranan problemlərin həlli üsulları”, BMU, V International Scientific Conference Of Young 
Researchers Bakı-2021, s.210-215.] 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin