Tökmə ərintilərinin xalq təssərrüfatında və maşınqayırmada rolu


Şəkil 1. Marten sobasının quruluş sxemi və iş prinsipi



Yüklə 9,29 Kb.
səhifə2/3
tarix07.01.2024
ölçüsü9,29 Kb.
#205249
1   2   3
12-ci mühazirə

Şəkil 1. Marten sobasının quruluş sxemi və iş prinsipi


Tüstü
Tüstü
Alov
Hava
Tüstü
Hava
Tüstü
1680-1750
Su qızdırıcısına
1500-1550
8
7
6
4
2
3
5
qaz
qaz
1500-1550
1800-1900
500-700
500-700
5
Tüstü bacasına
Tüstü

Burada 1- işlək sahə; 2-başlıq; 3- tüstü (qaz yanacağı və hava) kanalı; 4- posa tutucu; 5- tüstü yolu; 6- qaz yanacağı üçün regenerator; 7 hava regeneratoru; 8- ventilyator.

Marten əritməsində istifadə edilən şixtənin əsasını çuqun təşkil edir. Deməli, marten prosesində də çuqunun, polada çevrilməsi, konvertor prosesində olduğu kimi, karbon silisium və s. elementlərin oksidləşdirilərək kənar olunması yolu ilə getməlidir. Bu səbəbdən sobada mühit oksidləşdirici xassəli, maye ərinti isə yüksək temperturlu olmalıdır. Sobada yüksək temperaturlu şərait tüstü qazlarının istiliyini regenerasiya yolu ilə sobaya qaytarmaqla yaradılır. Şixtənin qızması və əriməsi, əsasən şüalanma yolu ilə alovdan, sobanın tavan və divarlarından ayrılan istilik hesabına gedir. Şixtənin ərimiş hissəsi sobanın vanna hissəsinə yığılır. Əritmə zamanı sobada temperatur 1670-1970 K olur. Marten sobası üst və alt tikintilərdən ibarətdir. Onlar bir-birindən sobanın işlək meydançası ilə ayrılır. Sobanın üst tikintilərinə döşəmə, tavan, yanma zonası və başlıq hissələri daxildir. Alt tikintilərə isə posa tutucular, regeneratorlar və tüstü yolları aid edilir. Marten sobasının işlək meydançası sobaya qulluq etmək məqsədilə sexin ümumi döşəməsindən 5-7 m hündürlükdə yerləşdirilir. Qaz yanacağı ilə işləyən Marten sobasının sxemi şəkil 1-də göstərilmişdir.

Şəkildə sobaya qaz yanacağının və havanın sağdan verilən vəziyyəti göstərilmişdir. Sobaya daxil olmuş qizmış qaz və hava sobanın yanma zonasında alışır. Alov şixtəni və sobanın hörgüsünü 1870-2020 K-dək qızdırır. Yanma məhsulları yüksək temperaturu tüstü qazları –sobanın sol tərəfində yerləşən sol başlığa oradan da qızma rejimində işləyən soldakı qaz və hava regeneratorlarına daxil olur. Tüstü qazlarının istiliyi hesabına regeneratorun hörgüsü qızır. Regeneratordan çıxan qazlar tüstü bacasına daxil olur. Hava və qazın sxemdə göstərilən istiqamətdə verilməsi müəyyən vaxtadək davam dir. Bu müddət ərzində soyuma rejimində işləyən sağdakı regeneratorların hörgüsü müəyyən temperaturadək azalır. Bu andan başlayaraq hava və qaz yanacağının verilmə itiqaməti dəyişdirilir.


Yüklə 9,29 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin