Univerisitet: adpu-nun Şəki filialı. Fakültə: Pedaqoji. İxtisas: Tarix və Coğrafiya müəllimliyi iv-kurs. Müəllim: Səadət Feyzullayeva


Atmosfer havasının təbii çirklənmə mənbələri



Yüklə 40,11 Kb.
səhifə3/9
tarix12.05.2022
ölçüsü40,11 Kb.
#57749
1   2   3   4   5   6   7   8   9
Ekologiya sərbəst iş(Havanın çirklənməsinin insan sağlamlığına təsiri)

Atmosfer havasının təbii çirklənmə mənbələri: Güclü vulkan püskürmələri zamanı xırda bərk və maye hissəciklərin böyük kütləsi havaya qalxır. Qazlarla birlikdə bu hissəciklər 20 km-dən də çox yüksəkliyə qalxaraq həftələrlə havada qala bilir. Məsələn, 1883-cü ildə İndoneziyada Krakatau vulkanı püskürən zaman vulkan tozu 24 km hündürlüyə qədər qalxaraq 5 ilə yaxın havada qalmışdır . Havada qalan hissəciklər un və süd tozundan da xırda olub diametri orta hesabla 0,002 mm olmuşdur. Dağ süxurlarının aşınması və dağılması, torpaq eroziyası və onunla əlaqədar baş verən qum tufanları zamanı da hava xeyli miqdarda xırda hissəciklərlə dolur. Xüsusən karbonatlı süxurların aşınması zamanı onun tərkibindən CO2 ayrılır və atmosferə daxil olur. Sahili çırpan dalğalar zamanı dəniz “tozları” bir neçə km–lərlə havaya qaxır, havada quruyaraq orada dəniz duzları qalır. Hətta dənizlər arasında qalan Tasmaniya adalarında atmosferdə dəniz səthindən 2000 m yüksəkliyə qədər xırda hissəciklərə təsadüf olunur. Sutka ərzində Yer səthinə 10 min tonlarla kosmik tozlar düşür. Kosmosdan gələn bu tozların mənşəyi hələ o qədər məlum deyil. Ola bilər ki, Günəşin fəalliyyəti nəticəsində əmələ gəlmişdir. Bu tozlar meteoritlərin yanmış qalıqları da ola bilər. Havada üzvi tozlara da rast gəlinir. Bu tozlar atmosferdə yaşayan aeroplanktonlardan, bakteriyalardan, göbələklərin sporlarından, bitkilərin tozcuqlarından, bitki və heyvanların çürümə, qıcqırma və parçalanması məhsullarından ibarətdir. Bu təbii aerozollardan başqa havaya küllü miqdarda süni aerozollar da qarışır. Bunlar əsasən sənaye və nəqliyyatın fəaliyyəti zamanı əmələ gəlir.


Yüklə 40,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin