Вәһһаби Мәзһәби


Müsəlmanlar və müqəddəs ruhlardan hacət istəmək



Yüklə 1,5 Mb.
səhifə54/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

4. Müsəlmanlar və müqəddəs ruhlardan hacət istəmək


İbn Teymiyyə və onun yolunu gedənlər səhabə və səhabədən sonra gələn dəstənin Peyğəmbərdən hacət istəməsini inkar etmişlər. Bu barədə belə deyirlər:

“Səhabənin əsrində yaşayan insanlar, tabein3 və həmçinin tabeindən sonra gələnlər Peyğəmbərin hüzurunda olmadıqlarından qəbri kənarında ondan hacət və kömək istəməmiş, qəbri kənarında namaz qılıb, dualar oxumamışlar.”4

Ola bilsin, səhabənin və tabeinin tarixindən xəbəri olmayan bir şəxs bu yalançı nisbətin həqiqət olduğunu təsəvvür etsin. Lakin tarixə müraciət etməklə bunun əksi sübuta yetirilir. Biz nümunə üçün bir neçə hadisəni burada qeyd edirik:

“Ömərin xilafəti zamanı quraqlıq ili baş verdi. Bir kişi Peyğəmbərin qəbri kənarına gəlib dedi:

“Ey Allahın Peyğəmbəri! Ümmətin susuzluqdan məhv olur, onlar üçün su istə.” Sonra Peyğəmbər o kişinin yuxusuna gəlib buyurdu:

Ömərin yanına gedib, ona salamı çatdır və hamınızın susuzluqdan nicat tapacağınızı Ömərə xəbər ver.”5

1. Səmhudi deyir:

“Bu hadisə Peyğəmbər Bərzəx aləmində olarkən onda hacət, kömək, dua diləməyin mümkün olduğuna əsas sübutdur.

Çünki o, (Peyğəmbər) müsəlmanların istəyindən xəbərdardır. Buna görə də sağlığında olduğu kimi, vəfatından sonra da hacət istəmək olar.”6

2. Səmhudi Hafiz Əbu Abdullah Məhəmməd ibn Musa ibə ən-Nomandan sənədin sonu Həzrət Əli ibn Əbu Talib (ə) ilə bitən belə bir hədis nəql edir:

“Peyğəmbərin vəfatından üç gün keçmiş Mədinədən kənarda yaşayan bir ərəb Peyğəmbərin məzarı kənarına gəlib başına qəbrin torpağından tökərək dedi:

“Ey Allahın Rəsulu! Sən buyurduğun kəlamları biz eşitdik. Allahdan öyrəndiyin əməlləri biz səndən öyrəndik. O cümlədən sənə nazil olan ayələrdən biri də, budur: “Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.”1 − Mən özümə zülm etmişəm və əfv diləmək üçün sənin yanına gəlmişəm...”2

“Əl-Vəfaü li-əxbari daril-Mustafa” kitabının müəllifi səkkizinci fəslin sonunda Peyğəmbərdən kömək və hacət istəmək haqqında müsəlmanların rəftarı barəsində çoxlu həlisdər və rəvayətlər söyləmişdir. Hətta imam Məhəmməd ibn Noman bu mövzu haqqında “Misbahuz-zilam fil-müstəcisin bi-xeyril-ənam” kitabını yazmışdır.

3. Məhəmməd ibn əl-Münkədir deyir: “Bir kişi səksən dinar pulu atamın yanında əmanət qoyub cihada gedirdi. O kişi atama dedi: Əgər pula ehtiyacın olsa, xərcləyə bilərsən.

Təsadüfən, bahalıq və qıtlıq ili baş verdi və atam səksən dinarı xərclədi. Nəhayət, pulun sahibi gəlib, pulunu tələb etdi. Atam dedi: “Yaxşı olar ki, sabah gələsiniz.” Atam gecə məscidə gedib üzünü Peyğəmbərin qəbrinə və minbərinə tutub sübhə kimi Peyğəmbərdən hacət və kömək istədi. Elə bu vaxt məscidin qaranlıq yerindən bir kişi göründü və dedi:

−Ey Əba Məhəmməd, al bu pul kisəsini (kisənin içində səksən dinar pul var idi).”3

4. Əbu Bəkr İbn əl-Muqri deyir:

“Mənə, Təbəraniyə və Əbul-Şeyxə aclıq təsir etdi. Gecə Peyğəmbərin qəbri kənarına gəlib dedim:

“Ey Allahın Rəsulu! Biz acmışıq...”

Bir az keçməmiş məscidin qapısı açıldı və ələvi bir kişi iki cavanla əllərindəki yeməklə dolu zənbillə məscidə daxil oldular. Yeməyi yeyib qurtardıqdan sonra o kişi dedi:

−Peyğəmbər yuxuda mənə sizə yemək gətirməyi göstəriş verdi.”4

5. İbn Cəllad deyir:

“Yoxsul vəziyyətdə Mədinə şəhərinə daxil oldum. Peyğəmbərin qəbrinə yaxınlaşıb dedim:

− Ey Allahın Rəsulu! Sənin qonağınam.

Birdən məni yuxu apardı. Yuxuda Peyğəmbərin mənə çörək verdiyini gördüm...”5

Biz hələlik bu hədislərin düzgünlüyü barəsində söhbət etmirik. Əsas məqsəd budur ki istər bu hədislər doğru və istərsə də yalan olsun, belə bir əməl müsəlmanlar arasında yayılmışdır. Əgər bu işlər bidət, haram, şirk və yaxud küfr olsaydı, onu qoşanlar müsəlmanların gözündən düşməmək üçün belə dastanlar qondarmazdılar.

“Əsaləri-Ruh” kitabında müqəddəs ruhlardan hacət və kösək diləmək haqqında hədislər və rəvayətlər nəql etmişik.

Bəzi mətləbləri burada qeyd etməkdən başqa çarəmiz yoxdur:

1. Bu hədislər bəzilərinin fikir və əqidəsinə görə, düzgün sayılmır. Çünki belələri hədisin ravilərini və sənədlərini axtarmadan hədisi saxta və qondarma kimi qələmə verirlər. Belə bir yersiz inkar bizim əsaslandığımız sübutlara zərər yetirirmi?

Cavab:


Bu kimi tarixi hadisələrə (inadkarlıq və əməlləri inkar etmək) üzləşmək tirixin itib batmasına və yaddaşlardan silinməsinə səbəb ola bilər. Çünki “Peyğəmbərdən kömək və hacət istəmək” haqqında rəvayətlər çox olduğundan bunların hamısını yalan və əsassız adlandırmaq olmaz. Əgər bu haqda olan hədisləri və rəvayətləri toplasaq, qalın bir kitab alınar.

Tutaq ki, bu hədislər qondarma və yalandır. Lakin həmin bu əsassız və qondarma rəvayətlər tarix boyu ardınca olduğumuz bir həqiqətdən xəbər verir. Yəni belə bir kömək və hacət istəmək şəriətin ziddinə olsaydı, heç vaxt qanuna zidd olan əməli iftixar üçün qondarmazdılar. Çünki, belə olan halda, nəinki öz məqamını ucaldar, əksinə, müsəlmanların qəzəbinə düçar ola bilərdilər.

Hədis saxtakarları və qondaranları insanların zehni və əqli qəbul edə biləcək yalanları qondarmağa çalışarlar. Quranın, sünnənin ziddinə və müsəlmanların nəzərində şirk və bidət sayılan bir şeyi heç vaxt qondarmaq olmaz.

2. Müqəddəs ruhlardan dua və yaxud bir iş haqqında kömək istəmək bu dörd mətləbin əsasları ilə sübuta yetirildi.

Müsəlmanlar müqəddəs ruhlardan ancaq dua diləyirlər. Peyğəmbərin müqəddəs ruhu Allahdan dua edənin günahlarının bağışlanmasını, dünya və axirət hacətlərinin yerinə yetirilməsini, o cülmədən bir işin həyata keçməsini (xəstənin sağalması, əsirin azad olması, rahat yaşamaq... bunlar dua ilə birdir) istəyir.

3. Belə istəklər “ibadət” sözünün tərifinə və qayda-qanuna əsasən müqəddəs ruhlara ibadət sayılmır. Çünki dua edən müqəddəs ruhları ilah, Allah, rəbb, mələk və bütün işlərdə müstəqil bir şəxs olduğuna əqidə ilə inanmır, əksinə, onları Allahın dünyada heç bir günah iş görməyən, Allah dərgahına itaət edən pak bəndələri bilir.

Müqəddəs ruhların bəziləri təvəssül edənlərin istəklərinə kömək edir və hacətlərini yerinə yetirirlər. Çünki onlar diri məxluqdurlar və biz onlarla əlaqə saxlayırıq. Lakin bir şeyi xatırlatmaq lazımdır ki, bunlar hamısı Allahın izni ilə olmalıdır.

Həzrət Məsih (ə) sağlığında Allahın izni il xəstələrə, karlara şəfa verib ölüləri dirildirdisə, ruhu göylərə çəkildikdən sonra da bu işləri Allahın izni ilə yerinə yetirir.

4. Belə bir təvazökarlıq zahirdə məsum rəhbərlərə aid edilir, verilir, amma bir az dərinə gedib daha ətraflı fikirləşsək, görərik ki, əslində Allahın özündən hacət istəmiş oluruq.

Səbəbkarları vasitə seçmək, səbəbkarların səbəbinə (Allaha) yaxınlaşmaq deməkdir. Ariflər bu məsəldən daha çox xəbərdardırlar.

Təvəssül edənlər təvəssül etdikləri adamları öz işlərində müstəqil bilmirlər. Əksinə, Allahın rəhmət və lütfünə daha yaxın olmaq üçün müqəddəs şəxsləri vasitə qərar verirlər.

“Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) yol axtarın. (Allah) yolunda cihad edin ki, bəlkə nicat tapasınız?”1 Namaz, oruc və sairə bütün vacib əməllər vasitə sayıldığı kimi peyğəmbərlər və övliyaların da pak duaları vasitə sayılır. Bu vasitələrə üz tutmaq onları yaradana üz tutmaq deməkdir.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin