Xürrəmilər Hərəkatı



Yüklə 483,64 Kb.
səhifə9/10
tarix03.04.2022
ölçüsü483,64 Kb.
#54645
1   2   3   4   5   6   7   8   9   10
XURREMI-2 (1)

Bəzz qalasının alınması

Xürrəmilər sona qədər mübarizə aparsalar da getdikcə qalanın davam gətirməyəcəyini görən Babək Afşinlə şəxsi danışıqlara girdi. Əl- Yaqubi bu danışıq barədə yazır: “danışıqlar zamanı Afşin “Babəkə aman təklif etdi””. Lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin belə dedi: “sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə çayı keç”. Lakin o uzaqlaşdı. Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq Afşin bir müddət sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Nizam əlMülk “Siyasətnamə”sində yazır: Afşin babəkin elçisinə dedi: “Babəkə bunları söylə: hər başlanğıcın bir sonu var. Insanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq”. Babək Afşinin təklifini ikinci dəfə rədd etdi, amma bir neçə gündən sonra Türk qoşunları şəhərə girən zaman Babək özü Afşinlə görüşməyi xahiş etdi. Görüşdə Afşinə dedi: “mən əmir əl- mömindən aman istəyirəm. Afşin cavab verdi: “ mən sənə təklif etmişdim və sən nə vaxt istəsən sənə aman veriləcəkdi” Afşin şəhərə neft atanlar dəstəsini gətirdi və onların köməyi ilə Bəzz 837- ci ilin avqust ayının 26- da ərəb qoşunu tərəfindən tutuldu(Ət- Təbərinin qeydi). Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri 3 gün ərzində yandırsınlar. Əz- Zəhəbi, Yaqut əl- Həməvi yazır ki, Babəkin oğulları onların ailə üzvləri şəhərdə tutuldular. Nizam ül-Mülk “Siyasətnamə”sində verdiyi məlumata görə Bəzz alınarkən 80mindən artıq xürrəmi öldürülmüşdü. Əl- Bağdadi, Dinəvəri, əl- Məsudi kimi tarixçilər qeyd edirlər ki, ərəblər Bəzzi aldıqdan sonra Babək tacir paltarı geyib Araz çayından keçərək Arran tərəfə qaçdı. Babək Bizansa getmək istəyirdi, çünki Bizans imperatoru ilə çox yazışırdı. Bizans imperatoru Feofil Bizans tərəfdən Xilafətə hücuma çətin vəziyyətdə olan Babəkin ona məktub yazmasından sonra göndərdi. Ət- Təbəri Feofilin Babəkə kömək üçün etdiyi hücum tarixini hicri 223(838- ci il) göstərir.


Yüklə 483,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin