Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə19/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   15   16   17   18   19   20   21   22   ...   155
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
1.3.Yaşıl iqtisadiyyata təşəbbüs
2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf 
Konfransındakı (Rio+20) danışıqlardan sonra hökümətlər qərar verdilər 
ki, yaşıl iqtisadiyyat davamlı inkişaf üçün çox mühüm alətdir. Rio+20 
bəyannaməsi informasiya mübadiləsi və potensial imkanların reallığa 
çevirilməsi ilə yaşıl iqtisadi siyasətin həyata keçirilməsini də vurğuladı. 
Burada həmçinin maliyyə, texnologiya və elmin mübadiləsi zamanı İEÖ-
in birləşərək İEOÖ-ə dəstəyi də nəzərdə tutulur. Buna əsasən beynəlxalq 
səviyyədə yaşıl iqtisadiyyatın həyata keçirilməsi üzrə təşəbbüslər əsasən aşa-
ğıdakı altqruplarda öz əksini tapir:
-  beynəlxalq yaşıl iqtisadiyyat platformaları və forumları;
-  beynəlxalq yaşıl iqtisadiyyat üzrə əsas iştirakçılar;
-  əsas beynəlxalq yaşıl iqtisadiyyat proqramları;
-  beynəlxalq yaşıl iqtisadiyyat üzrə fondlar/mexanizmlər/obyektlər.        
Ümumi olaraq, yaşıl iqtisadiyyatın inkişafı naminə indiyə qədər və hazır-
da da davam edən 59 beynəlxalq təşəbbüsə cəhd olunmuşdur ki, onun 14-ü 
bu istiqamətdə olan beynəlxalq forumların payına düşür. Həmin platforma-
ların əsas hədəfləri informasiya mübadiləsi, elmin və biliyin idarə olunması, 
qlobal iqlim dəyişkənliyidir və həmin platformalar aşağıdakılardır:
-  Yaşıl İnkişaf Bilik Platforması (Green Growth Knowledge Platform - 
World Bank, Global Green Growth Institute- GGGI, Organisation for 
Economic Cooperation and Development- (OECD))
-  Yaşıl Sənaye Platforması (The Green Industry Platform - UN Industrial 
Development Organisation- UNIDO, UNEP)
-  Yaşıl İnkişaf Onlayn Tədris (The Green Growth online e-learning faci-
lity - UN Economic and Social Commission for Asia and the Pacific- 
ESCAP)
-  Yaşıl Platforma (The WIPO Green platform - World Intellectual Pro-
perty Organisation (WIPO))
-  İqlim Dəyişikliyi Bilik Portalı (The Climate Change Knowledge Portal 
-World Bank)
-  İqlim İnformasiya Platforması (Climate Information Platform - UNDP 
və bəzi partnyorlarla birgə)


- 18 -

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin