Azrəbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəcilik Akademiyası



Yüklə 81,35 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü81,35 Kb.
#34730
1   2   3   4   5   6
İstehsal menecmenti Veliyev Kamran

3. İdarəetmənin funksiyaları

Ehtiyatlar firmanın idarə edilməsində çevikliyi artıran bir neçə vacib funksiyanı yerinə yetirirlər: 1) yığım funksiyası; 2) qiymətin dəyişməsindən və inflyasiyadan müdafiə funksiyası; 3) sifarişin həcmindən (miqdarından) asılı olan diskont vasitəsilə xərclərin idarə edilməsi funksiyası.



Yığım funksiyası. Ehtiyatların əsas funksiyası istehsal məhsullarının yığılması və onların bölüşdürülməsidir. Hər hansı bir resursun təchizatı və ya ona tələbat qeyrimuntəzəm olan hallarda ehtiyatların kifayət qədər yüksək səviyyədə saxlanılması yaxşı qərar hesab olunur. Misal üçün, əgər istehsal olunan məhsula tələbat yalnız yayda yüksək olarsa, firma ehtiyatların kifayət qədər olmasına və böyük tələbin olacağına inamlı olmalıdır. Bu, qış mövsümündə məhsul istehsal edilməklə və ehtiyat səviyyəsini artırmaqla yay tələbatını təmin etməyə imkan verə bilər. Beləliklə, tələbatın ödənilməsi üçün istehsal məhsullarının yığımı əmtəələrin çatışmazlığı və ya ehtiyatların azlığı səbəbindən boşdayanmalar nəticəsində əmələ gələn itkilərdən qaçmağa imkan verir. Adətən, əgər firmanın tədarükçüləri müntəzəm tədarük etmirlərsə, onda giriş materiallarının ehtiyatları səmərəli yığılmalıdır ki, istehsalı neqativ hadisələrdən qorumaq mümkün olsun. Firmanın daxlində istehsal prosesi də kənarlaçmalara məruz qala bilər. Misal üçün, əgər iki qarşılıqlı əlaqəli proses qeyri-sinxron yerinə yetirilirsə, hər bir proses üçün ehtiyatlar (zadellər) ayrı-ayrılıqda yığılır ki, bu da hər bir prosesin öz zadellərini istehlak sürəti ilə əməliyyat keçirməyə imkan verir.

Inflyasiyadan müdafiə funksiyası. Ehtiyatlar qiymətin dəyişməsinə və inflyasiyaya qarşı müdafiə rolunu oynaya bilər. Firma nəğd pulları bankda yerləşdirməklə yaxşı gəlir əldə edə bilər. Digər tərəfdən ehtiyatın dəyəri bankda yerləşdirilən pula nisbətən daha sürətlə arta bilər. Beləliklə, ehtiyatlar yaxşı investisiyalardır. Əlbətdə, bu zaman xərclər və ehtiyatların saxlanma riskləri qiymətləndirilməlidir.

Sifariş həcminin dəyişdirilməsi ilə xərclərin idarə edilməsi funksiyası. Ehtiyatın başqa cür istifadəsi – diskontların ölçüsündən asılı olaraq üstünlüklərin əldə olunmasıdır. Belə ki, böyük həcmli sifarişlər zamanı tədarükçülər öz məhsullarının qiymətini aşağı (diskont) salırlar. Böyük miqdarda alış mahiyyətcə, istehsal olunan məhsulun dəyərini aşağı sala bilər. Bununla belə, böyük miqdarda ehtiyatların alınması bir sıra nöqsanlarla əlaqədardır. Bu saxlanmanın yüksək dəyəri ilə, anbarların uçulması, oğurluq, sığortalaşdırmanın ölçüsünün artması ilə bağlıdır və s. Ehtiyatlara yönəldilən investisiyanın artması ilə nəğd pul azalır və bununla digər istiqamətlərə investisiyalaşdırma imkanları da azalır.


Yüklə 81,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin