5. Ehtiyatların idarə edilməsinin qiymətləndirilməsi
Təchizat və satış bazasında olan istehsal-texniki təyinatlı məhsul ehtiyatının (a) bazanın realizə etdiyi maddi resursun həcmi və çeşidindən;
b) məhsulgöndərmə vaxtından və məhsulgöndərmənin vaxtaşırlığından;
v) məhsulgöndərmənin tranzit və sifariş normalarının həcmindən;
q)bazanın məhsulgöndərənlərə təhkim olunması sabitliyindən (nisbətən uzun dövrü əhatə etməsindən);
ğ) bazayaməhsulgöndərmənin vaxt nöqteyi-nəzərindən etibarlı olmasından;
d) nəqliyyat vasitələrinin yükgötürmə qabiliyyəti və iş recimindən və s.
İstehsalçı müəssisələrdə istehsal-texniki təyinatlı hazır məhsul həcmi də müəyyən amillərdən asılıdır və onların təsirilə artıb azala bilər. Bu amillər aşağıdakılardır:
1.Realizə edilən məhsulun və istehsalatdan satış anbarına (hazır məhsul anbarına) daxil olan partiyanın həcmi;
2.Məhsulun satış anbarına qəbuluna və onun realizasiyasına sərf edilən vaxt;
3.Hazır məhsulun nəqliyyat vasitəsinə yüklənməsinə və onun magitsral nəqliyyata təhvil verilməsinə sərf olunan vaxt və s.
Yolda olan ehtiyatların həcmi isə qət ediləcək məsafədən, yükün nəql edilmə sürətindən və miqdarından həm də göndərmə tezliyindən asılıdır.
Qeyd etmək lazımdır ki. Təchizat-satış bazasında olan əmtəə ehtiyatı da cari ehtiyata, hazırlıq və sığorta ehtiyatlarına bölünür.
Təchizat satış bazalarında ehtiyatın yaradılması onların fəaliyyətinin xüsusiyyəti ilə bilvasitə əlaqədardır. Məlum olduğu kimi, baza müxtəlif və çox sayda istehsalçı müəssisələrdən material almaqla və digər tərəfdən onları çox sayda istehlakçı müəssisələrə buraxmaqla məşğuldur.
Məhsul almaq nöqteyi-nəzərindən təchizat bazası ilə istehlakçı müəssisə arasında prinsipial fərq yoxdur. Bu o deməkdir ki. İstehlakçı müəssisədə istehsal ehtiyatlarının formalaşmasına təsir edən amillər təchiazt-satış bazalarındakı əmtəə ehtiyatının formalaşmasına da təsir göstərir və onun normalaşdırılmasında həmin amillər nəzərə alınmalıdır. Lakin bazalarda əmtəə ehtiyatının həcmi əsasən materialın istehlakçı müəssisələrə buraxılması şərtindən asılıdır.
Bazalardan istehlakçılara material, ayrılmış fonda əsasən onların əvvəlcədən təqdim etmiş olduqları təfsilləşdirilmiş tələbnamələr. Habelə birdəfəlik tələbnamələr ilə, ya da təlabat yarandıqca azad ticarət yolu ilə burxıla bilər.
Birinci halda təchizat bazası məhsulu qəbul etdikdən, çeşidlədikdən sonra dərhal ya onun müəyyən hissəinin ya da alınmış bütün partiyanı istehsalçıya göndərir. Qəbul edilmiş və buraxılmış məhsul partiyalarının həcmləri və bir də məhsul almalar ilə buraxılma intervalları nə qədər yaxın olarsa, bazada materialın həm qalma müddəti, həm də qədəri (ehtiyat norması) bir o qədər az olar.
Əgər gətirilən hər hansı tip, ölçü növ material bazaya qəbul olan kimi bütünlükdə istehsalçıya buraxılarsa (ikinci hal) on7da həmin partiya material onun qəbulan göndərilməsinin sənədləşməsinə və nəqliyyat vasitəsinə yüklənməsinə sərf olnun müddət ərzində bazada ehtiyat formasında qalacaqdır.
Əgər bazaya daxil olan material istehsalçıya nisbətən uzun dövr ərzində və kiçik partiyalarla (hissə-hissə) buraxılarsa, təbiidir ki. Bazada həmin növ materialdan əmtəə ehtiyatının həcmi də nisbətən çox olacaqdır. Deməli, təchizat-satış bazalarında yaranan əmtəə ehtiyatının normalaşdırarkən məhsul buraxlışının vaxtaşırlığını və buraxılan materialın orta həcmini nəzərə almamaq olmaz.
Təchizat bazasında hazırlıq ehtiyatı müəyyən edilərkən aşağıdakı prinsip nəzərdən qaçırılmamalıdır: baza məhsul-göndərən müəssisədən materialın kəmiyyət, keyfiyyət və dəyəri haqqında sənədləri alana qədər onu (materialı) hazırlıq əməliyyatlarına daxil edə bilməz. Sənədlərin istehsalçı müəssisədən təchizat bazasına hərəkət müddəti yüklərin bazaya çatdırılması üçün müəyyən edilmiş vaxtdan artıq olan hallarda sənədlərin kegikmə vaxtının hazırlıq ehtiyatı normasınının hesablanmasında nəzərə alıvnması vacibdir.
Materialın istehsal olunan müəssisədə , istehsal-texniki təyinatlı hazır məhsul ehtiyatının həcmi hesablanarkən məhsulun qəbuluna, qablaşdırılmasına, göndəriləgək partiyanın dəstləşdirilməsinə və onun nəqliyyat vasiətsinə yüklənməsinə sərf edmilən vaxt hesaba alınmalıdır.
İstehsal ehtiyatlarının növləri üzrə ayrılıqda aparılan hesablamalardan sonra bu və ya digər mateialdan istehsal ehtiyatlarının ümumi normativi müəyyən edilir.
Yuxarıda qeyd edildiyi kimi. Cari dəyişkəndir, yəni o, maksimum orta və minimum səviyyədə ola bilir. Buna görə də istehsal ehtiyatının ümumi həcmi də sabit qalmır və deməli. o da maksimum. Orta və minimum səviyyələrdə olur.İstehsal ehtiyatının maksimum səviyyəsi cari ehtiyatın maksimum həcmi ilə sığorta və hazırlıq ehtiyatlarının cəminə bərabərdir:
Lakin bütünlükdə müəssisə üzrə (geniş nomenklatura material olduğundan) eyni vaxtda müxtəlif material növlərindən istehsal ehtiyatları müxtəlif miqdarda olduğundan onların ümumi normativi orta bir səviyyəyə yaxınlaşacaqdır ki, bu da cari ehtiyatın orta kəmiyyəti ilə hazərlıq və sığorta ehtiyatlarının cəminə bərabər olur.
Əgər istehsal şəraiti hazırlıq ehtiyatı yaratmağı tələb etmirsə, onda ümumi istehsal ehtiyatı orta cari ehtiyatla sığorta ehtiyatının cəminə bərabər olacaqdır.
Mövsümi ehtiyatın yaradıldığı şəraitdə cari ehtiyat yaradılmasına ehtiyac qalmır. Ona görə də istehsal ehtiyatının həcmi müəyyən müddət üçün (məsələn, yanvarın, aprelin, sentyabrın 1-nə) mövsümi və sığorta ehtiyatlarının cəmlənməsi yolu ilə müəyyən edilir.
Material ehtiyatlarının mütləq həcminin getdikcə artması ölkə iqtisadiyyatında baş verən keyfiyyət və kəmiyyət dəyişiklikləri il əvə həm də xeyli miqdar istehsal vasitələrinin müvəqqəti olsa da, istehsal prosesindən bilvasitə kənarda qalması ilə əlaqadrdır. Eləbuna görə də maddi ehtiyatlar iqtisadiyyatının mühüm problemlərindən biri onların optimallaşdırılması yəni minimum həcmdə ehtiyatla istehsalın fasiləsizliyinin təmin edilməsidir.
Bütünlükdə xalq təsərrüfatı miqyasında məcmu ehtiyatların (istehsal və satış) səviyyəsinə dövlət hesabat məlumatlarının köməyilə nəzarət olunur. Bu məqsədlə isteshal-istismar ehtiyacları üçün material qalığı həmin təyinatlı materialın gətirilməsi və istehlak olunması (forma №1-SN) tikinti üçün gətirilən material. Onun istehlakı və qalığı (forma №2-SN) və habelə baza və anbarlarda material qalığı (forma №3-SN) haqqında məlumatlardan istifadə olunur. Lakin haqqında bəhs edilən hesabatlar ilin hər rübündə bir dəfə çeşid qrupları üzrə tərtib olunduğundan ehtiyatlara operativ nəzarətə imkan vermir. Material ehtiaytlarının vəziyyətinə nəzarət etməkdən ötrü əsas material növlərinin hər il yanvar ayının 1-nə olan qalığı müəyyənləşdirilir (siyahıyaalma yolu ilə) Siyahıyaalma məlumatlarıfndan (qalığın haqqında məlumatdan) illik bölgü planlarının təshih edilməsi istifadə olunur. Lakin bütün bu tədbirlərlə yanaşı material ehiyatlarına, xüsusilə hər bir konkret növ material ehtiyatının səviyyəsinə bilavasitə müəssisə və təchizat satış təşkilatlarında operativ nəzarət edilir.
İstehsal ehtiyatalırın ümumi normativi müəyyən edildikdən sonra təchizat işçilərinin mühüm vəzifəsi məhsulgöndərməni tənzimləmək, istehsal ehtiyatlarının operativ planlaşdırma, nəzarət və fasiləsiz yolu ilə optimal səviyyədə saxlamaqdır.
Bu məsələnin həllinin çətin tərəfi istehsal ehtiyatlarının mütəhhərrik olmsındadır.Praktikada istehsal ehtiyatlarının faktik səviyyəsi. Demək olar ki,hər gün dəyişir. Faktik məsrəf normasının artması. Materialın planda nəzərdə tutulduğundan az alınması istehsal ehtiyatlarının səviyyəsini normativdən aşağı salır. Əksinə, materialın planda nəzərdə tutulduğundan az istehlak edilməsi onların lazım olduğundan çox göndərilməsi istehsal ehtiyatlarının həcmini artırır. Təchizat işçilərninin vəziflərindən biri də materialın faktik məsrəfini və daxil olmasını. Müəyyən qaydada tənzimləməkdən ibarətdir.
Dostları ilə paylaş: |