Azrəbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəcilik Akademiyası


İstehsal ehtiyatlarının təsnifləşdirilməsi



Yüklə 81,35 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü81,35 Kb.
#34730
1   2   3   4   5   6
İstehsal menecmenti Veliyev Kamran

6.İstehsal ehtiyatlarının təsnifləşdirilməsi

İsehsal ehtiyatlarının təiynatı və yaranması şəraiti onları normalaşdırarkən aşağıdakı kimi tərkib hissələrinə ayırmağı tələb edir: a) cari ehtiyat, b) hazırlıq ehtiyatı v) sığorta ehitaytı q) mövsümi ehtiyat.



Cari ehtiayt. İstehsal ehtiyatının bir hissəsi olan cari ehtiayt iki məhsulgöndərmə (alma) arasındakı vaxt intervalında müəssisənin normal, fasiləsiz işləməsini təmin etmək üçündür. Cari ehtiyat dəyişkəndir. O, müəssisəyə material daxil olan anda özünün maksimum həddində,yeni partiya material qəbulu anında isə minimum (sıfır) həddində olur. Cari ehtiyatın orta həddi onun maksimum hədlərinin cəminin yarsına bərabərdir. Cari ehtiyat özünün minumum həddində sıfra bərabər olduğundan həmin ehtiyatın maksimum həddini yarıya bölməklə onun orta həddini tapırlar.

Öz-özlüyündə aydındır ki, buraxılış norması az olarsa (başqa şərtlər eyni qaldıqda) həmin materialı tez-tez gətirtmək lazım gələcək və deməli , cari ehtiyatın həcmi də az olacaqdır.

Material buraxılışı norması məhsulgöndərmə haqqında istehsalçı və istehlakçı müəssisələrin bağladıqları müqavilələrdə qeyd edilir.

İki məhsulgöndərmə arasındakı vaxt intervalını bəzən nəqliyyatın yükgötürmə qabiliyyətinə görə də müəyyən edirlər. Nəqliyyatın yükgötürmə qabiliyyəti nə qədər çox olarsa, gətirilən materialın həcmi də və deməli. iki məhsulgöndərmə arasındakı vaxt intervalı da bir o qədər çox olar.

Nəqliyyatın yükgötürmə qabiliyyətinə əsasən iki məhsulgöndərmə arasındakı vaxt intervalı aşağıdakı düstur vasitəsilə hesablınır:

Burada Q-nəqliyyatın yükgötürmə qabiliyyətidir. Əgər vaxt intervalının bu qiymətini 1-ci düsturda yerinə yazsaq. Cari ehtiyatın maksimum həddi qədər başqa sözlə, nəqliyyatın yükgötürmə qabiliyyəti qədər olacaqdır.

Fərz edək ki, istehlakçı müəssisə satış bazasından 5 ton təbəqə polad almalıdır. Həmin növ materialı yükgötürmə qabiliyyəti 2,5 ton olan avtomobilə iki dəfəyə gətirmək mümkündür. Bu halda həmin materialın orta məsrfə normasını 50 kq qəbul etsək-iki məhsulgətirmə arasındakı vaxt intervalı 50 günə (2500:50=50) bərabər olacaqdır. Əgər müəssisə həmin materialı yükgötürmə qabiliyyəti 5 ton olan avtomobilə gətirsə . onda vaxt intervalı 100 günə (5000:50=100) bərabərləşəcəkdir.

Bir çox hallarda iki məhsulgöndərmə arasındakı vaxt intervalını istehsalçı müəssisədə material istehsalının vaxtaşırılığı ilə də müəyyən edirlər.

İki məhsulgöndərmə arasındakı vaxt intervalının müəyyən edilməsi konkret şəraitdən bilvasitə asılıdır.

Yuxarıda göstərilən üsulların heç birindən istifadə etmək mümkün olmadıqda keçmiş dövrdəki məhsulgöndərmənin fakstik vaxt intervalları təhlil edilir və bunun əsasında plan ilində məhsulgöndərmələr arasında orta çəkili vaxt intervalı müəyyən olunur. Təhlil və hesablama zamanı mümkün qədər uzun dövrü əhatə etmək və səciyyəvi olmayan halları (fasilə vaxtı və gətirilən materialın miqdarı) hesablama zamanı istisna etmək lazımdır.

Sığorta ehtiyatının həcminin tapılmasının elmi cəhətdən əsaslandırılmış üsulu məhsulgöndərmələrin faktiki vaxt intervalının orta çəkili vaxt intervalından kənarlaşmasına görə hesablanması üsuludur. Bu üsulun mahiyyəti ondadır ki. Keçmiş dövrdə məhsulgöndərmələr arasındakı faktik vaxt intervalları sığorta ehtiyağtının hesablanmasınada istifadə edilir:

Ehtiyatların normalaşdırılması metodlarından biri də normativə görə hesablama metodudur. Normativlər ehtiyatların səviyyəsinə təsir edən əsas amillərin dəqiq təhlili əsasında işlənib hazırlanır. Ehtiyat normativləri tranzit və anbar təchizat formaları üzrə ayrıca cədvəl şəklində tərtib edilir. Bu cədvəllərdə istehsal ehtiyatları onun ayrı-ayrı hissələri üzrə göstərilir. Ehtiyat norması məhsulgöndərmənin tezliyindən asılı olaraq hər bir növ material üzrə müəyyənləşdirilir.

Məhsulgöndərmənin sayı müəssisənin rüblük tələbatına görə təyin edilir. Ümumi ehtiyatların normativi iki səviyyədə (orta və maksimum) göstərlir. Bir qayda olaraq cədvəllərdə hazırlıq ehtiyatı göstərilmir.

Məlum olduğu kimi, istehsal vasitələrinin əmtəə ehtiyatının tərkibin6ə material istehsalçılarının anbarlarındakı istehsal-texniki təyinatlı hazır məhsul ehtiyatı, təchizat-satış bazarlarında toplanmış istehsal-texniki təyinatlı material ehtiyatı istehsal vasitələrinin topdansatış mağazalarındakı ehtiyat və bir də yolda olan ehtiyat daxildir.



Ədəbiyyat

1. Hüseynov T.Ə., (2009), Firmanın iqtisadiyyatı, Bakı, 2009.

2. Kərimli İ., Süleymanov N., (2001), Milli iqtisadiyyatın əsasları, Bakı, 2001.

3. Волков О.И., (2004), Экономика предприятия, Москва, 2004.

4. Гирусов Э.В., (2003), Экология и экономика природопользования, Учебник для вузов, Москва.

5. Дунаев Ф. и др., (2001), Экономика нефтяной и газовой промышленности, Москва.



6. Зайцев Н.Л., (2008), Экономика промышленного предприятия, Москва.
Yüklə 81,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin