Aztu “Sənaye ekologiyası və hft” kafedrası FÖVQƏladə hallarda idarəetmə giriş FÖVQƏladə hallarin aradan qaldirilmasinin


Təxirəsalınmaz işlərə aşağıdakı vəzifələr daxildir



Yüklə 310,32 Kb.
səhifə25/79
tarix02.01.2022
ölçüsü310,32 Kb.
#36308
1   ...   21   22   23   24   25   26   27   28   ...   79
ders

Təxirəsalınmaz işlərə aşağıdakı vəzifələr daxildir:

1. Uçqun, zəhərlənmiş sahələrə qadağaların qoyulması.

2. Qaz, enerji, su, kanalizasiya, istilik xətlərində qəza-xilasetmə işlərinin aparılması, təhlükəsizliyin təmin edilməsi üçün məhdudiyyətlərin qoyulması.

3. Xilasetmə işləri zamanı təhlükəsizliyin təmini məqsədi uçmaqda olan bina və tikililərin konstruksiyasının bərkidilməsi və ya dağılması.

4. Xilasetmə işlərinin təmini məqsədi ilə zərərçəkmiş və dağılmış kommunal-enerji xətlərinin bərpası və təmiri.

5. Partlayış təhlükəli və partlamamış döyüş sursatlarnın tapılması və zərərsizləşdirilməsi.

6. Rəqibin təkrar zərbəsindən qorunmaq üçün qoruyucu tikililərin təmiri və bərpa

olunması.

7. Fövqəladə hallar zonasının sanitar təmizlənməsi.

8. Zərərçəkənlərin ilk növbədə həyat təhlükəsizliyinin təmini.


Fövqəladə hallar zonasında qəza-xilasetmə işlərinin və digər təxirə salınmaz işlərin müvəffəqiyyəti aşağıdakı hallarda əldə edilir:

1. Fövqəladə hallarda və təhlükənin yaranma anında güc və qüvvələrin idarəetmə

orqanlarının vaxtından qabaq hazırlığı.

2. Əvvəlcədən güc və qüvvələrin hərəkət ehtimalının hərtərəfli öyrənilməsi.

3. Fövqəladə halların yaranma anında təcili reaksiya ( kəşfiyyatın təşkili, güc və qüvvələrin qısa müddətdə qruplaşması və hazırlanması, fövqəladə hallar zonasına çatdırılması).

4. İşin fasiləsiz, ciddi, verilən qərarların qaydalı şəkildə yerinə yetirilməsi, fövqəladə hallar zamanı ləğvetmə qüvvələrinin ciddi əlaqəsinin təmin edilməsi.

5. Fasiləsiz olaraq işlərin müasir texnologiyadan və mümkün güc və qüvvələrdən

istifadə etməklə tam axıra çatdırılması, ciddi şəkildə iş rejiminə əməl edilməsi.

6. Zərərçəkmişlərin və xilas edənlərin iş və həyat fəaliyyətinin təmin edilməsinin

təşkili.


Fövqəladə hallarda ləğvetmə işlərinin təşkili qəza-xilasetmə işlərinin və digər təxirə salınmaz işlərin aparılması ilə bağlıdır. Ləğvetmənin əsas məqsədi müxtəlif təyinatlı güc və qüvvələrdən istifadə etməklə fövqəladə hallar zonasında qısa vaxt ərzində az maddi itkilərlə işin tam həcmdə başa çatdırılmasıdır.

Ləğvetmə işləri fövqəladə hallar başlayan andan başlanır və yalnız onun ləğvindən sonra başa çatdırılır. O sutkalıq və dövri olaraq həyata keçirilir və buraya aşağıdakı elementlər daxildir:

1.Vəziyyət haqqında məlumatların toplanması, analizi və qiymətləndirilməsi.

2.İşlərin yerinə yetirilməsi üçün təklif və nəticələrin hazırlanması.

3.Qəzanın dəqiqləşdirilməsi və icra edənlərə çatdırılması.

4.Qarşılıqlı əlaqənin təşkili.

5.Güc və qüvvələrin hərəkətinin təmini.

Fövqəladə hallar zamanı idarəetmənin funksiyasına, məzmununa, dövriliyinə qəza-xilasetmə işlərinin planlı şəkildə yerinə yetirilməsi aiddir. Bu məzmun vəziyyətin kəskin şəkildə dəyişməsi nəticəsində dəyişə bilər və idarəetmə orqanları bu vəziyyətə uyğun hərəkət edirlər.

Vəziyyət haqqında məlumat idarəetmə orqanlarına təcili və təcili olmayan şəkildə çatdırılır. Təcili xəbərlər xüsusi vaxtda formallaşdırılmış şəkildə çatdırılır. Vəziyyət haqqında daha dəqiq və geniş məlumat mənbəyi tabe olanların kəşfiyyatı və idarəetmə orqanları tərəfindən əldə edilir.

Məlumatın daha çox hissəsi idarəetmənin yuxarı orqanları və onların xüsusi güc və qüvvəsindən istifadə nəticəsində əldə edilə bilər.

Fövqəladə halların inkişaf etmə ardıcıllığından asılı olaraq idarəetmə orqanları aşağıdakı məlumatları verir:

1.Fövqəladə halların yaranma ehtimalı.

2.Fövqəladə halların yaranma faktı.

3.Hadisə olmuş rayonun vəziyyəti.

4.Qəza-xilasetmə işlərinin aparılması və digər taxirə salınmaz işlər, vəziyyətin kəskin dəyişməsi, işlərin nəticələri.

Fövqəladə halların yaranma ehtimalı haqqında məlumat dərhal çatdırılır. Buraya mümkün qədər tez təcili ölçü götürmə, güc və qüvvələrin daimi hazırlığı, güc və qüvvələrin hazırlanması üçün qərarın qəbul edilməsi, onların fövqəladə hallar zonasına göndərilməsi və qəza xilasetmə işlərinin aparılması kimi məsələlər daxildir. Daha dəqiq məlumatlar kəşfiyyat və axtarış aparıldıqdan sonra əldə edilir. Buraya əsas qüvvələrlə işlərin yerinə yetirilməsi üçün yeni dəqiqləşdirilmiş qərarlardan ibarət olan məlumatlar daxildir.

İşin gedişi haqqında məlumata xilas edilən (uçqundan çıxarılan) insanların siyahısı vəziyyətdə baş verən dəyişikliklər, itkilər, qruplaşmanın vəziyyəti və təminatı haqqında məlumat verilir.

Bu məlumatlar əvvəldən qarşıya qoyulmuş məsələlərin həlli üçün və vəziyyətin ciddi dəyişməsi zamanı qərarların qəbul edilməsi üçün çox vacibdir. Çatdırılan məlumatların məzmunu forması və müddəti normativ sənədlərə əsasən qəbul edilir. Ancaq bu sənədlər işin gedişi və təşkili zamanı dəyişə bilər. Vəziyyəti idarəetmə orqanlarının rəhbəri (fövqəladə halların ləğvetmə rəhbəri) onun müavinləri (köməkçiləri), eyni zamanda digər cavabdeh şəxslər öz təcrübələrinə və məsuliyyətinə görə analiz edirlər. Vəziyyəti aşağıdakı elementlər üzrə analiz edirlər:

1. Fövqəladə halların xarakterli və inkişaf miqrasiyası, insanlar üçün təhlükə dərəcəsi, təhlükə zonalarının sərhədi (yanğın, radiaktiv çirklənmə, kimyəvi bacterial zəhərlənmə) və onların yayılma proqnozu.

2. Təxirə salınmaz işlərin növü, həcmi və şərtləri.

3. Qısa müddətdə işlərin aparılması üçün güc və qüvvələrə qoyulan tələblər.

4. Güc və qüvvələrin miqdarı, komplektləşdirilməsi, təmin olunması və hərəkət üçün hazırlığı və onların fövqəladə hallar zonasına işin yerinə yetirilməsi üçün göndərilməsi.

Vəziyyətin analizi zamanı güc və qüvvələrə işlərin aparılması üçün qoyulan tələblər, onlardan istifadə variantları analiz edilir, hesabat aparılır və seçim edilir. Güc və qüvvələrin istifadəsi və vəziyyətinin analizinin nəticələri idarəetmə orqanının rəhbərinə məruzə edilir. İxtisasçıların təklifləri ümumiləşdirilir və qərarların qəbul edilməsi zamanı istifadə olunur.

Xilasetmə və digər təxirəsalınmaz işlərin fövqəladə hallar zonasında keçirilməsi idarə etmə orqanları tərəfindən yerinə yetirilir. Bu qərara aşağıdakı əsas elementlər daxildir:

1. Vəziyyətin qiymətləndirilməsi haqqında qısa nəticələr.

2. Hərəkət istiqaməti.

3. Tabe olanlara qoyulan tələblər.

4. Təhlükəsizlik ölçüsü.

5. Qarşılıqlı əlaqənin təşkili.

6. Formalaşma hərəkətinin təmini.

Vəziyyət haqqında çıxarılan nəticələrə əsasən fövqəladə halların xarakteri və miqyası haqqında məlumatlar, qarşıda duran işlərin həcmi şərti və keçirilməsi, güc və qüvvələrin imkanları haqqında məlumatlar daxildir.

1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin