III qruplaşmanın tərkibinə Azərbaycan Respublikasının Fövqəladə hallar üzrə xəbərdarlıq və hərəkər sisteminin planına görə hazırlıq dərəcəsi 3 saatdan çox olmayan əlavələr daxildir. Ehtiyyat hissələrinə isə qəfil ortadan çıxan məsələlərin həlli üçün təyin olunmuş güc və qüvvələr aiddir. İdarəetmə orqanlarının, qrupların hərəkəti normativ hüqüqi aktların tələbinə görə təşkil edilir. Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə xəbərdarlıq və hərəkət sisteminin idarəetmə orqanları sülh vaxtı gündəlik rejim ilə və fövqəladə hallara hazırlıq kimi fəaliyyət göstərirlər. Onların iş rejimi icra hakimiyyətinin uyğun orqanları, həmin ərazinin proqnozlaşdırılması fövqəladə halların miqyasından asılı olaraq qurulur. Hərbi dəstələr və mülki müdafiənin birləşmələri sülh vaxtı hazır vəziyyətə gətirilir. Ərazi və regional axtarış-xilasetmə dəstələrinin və qruplaşması və onların normativləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əmri ilə təyin olunur. Azərbaycan Respublikasının silahlı dəstələrinin güc və qüvvələri və digər hərbi dəstələri və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilə fövqəladə hallar zamanı təbii və texnogen xarakterli ərazilərdə xəbərdarlıq və ləğvetmə işlərinə cəlb olunur. Güc və qüvvələrin fövqəladə hallar zonasına gətirilməsi və daimi yerlərə qaytarılması Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin köməyi ilə və Fövqəladə Hallar Nazirliyinin köməyi ilə həyata keçirilir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Üzrə xəbərdarlıq və hərəkət sisteminin güc və qüvvələrinin hərəkət zonasına çatdırılması onların hazırlıq dərəcəsindən asılıdır.
Fövqəladə hallar zamanı ləğvetmə Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə xəbərdarlıq və hərəkət sisteminin ərazi və funksional alt qrupların və qüvvələrinin köməyi ilə həyata keçirilir. Əgər ərazi alt sistemləri qüvvələrinin ləğvetməyə gücü çatmasa, onda yuxarı fövqəladə hallar üzrə kommisssiya orqanlarına müraciət edirlər. Xilasetmə zamanı iş rejimi ilk növbədə insanın nəfəs orqanlarının bərpası və həyat təminatıdır. Qəza-xilasetmə işlərin bütün sutka boyu iş növbəsinin davamiyyəti istirahəti nəzərə almaqla 8 saatı keçməməlidir və gecə vaxtı xilasedicilərin iş müddəti 25% azadılır, istirahət vaxtı artırılır. İş dövrü qısa dövürlü istirahət fasilələr 10-15 dəqiqə olur. Fövqəladə hallar zamanı qarşılıqlı əlaqələr Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi Xəbərdarlıq və Hərəkət siteminjin bütün idarəetmə orqanlarının tərəfindən tapşırığa, əraziyə, vaxta görə təşkil edilir. Onun təşkili üçün əsas məsələ fövqəladə hallar zamanı ləğvetmə haqqında əmrin verilməsidir. Əmrə əsasən fövqəladə hallar zamanı qarşılıqlı əlaqənin məqsədi və tapşırıqları, cəlb olunmuş qüvvələr, güc və qüvvələrin qrup tərkibi onların tapşırıqları, iş yerlərinə onların çatdırılması texniki mexanikləşdirilmiş avadanlıqlardan istifadənin təşkili, 2-ci dərəcəli təhlükəli faktorların yaranması zamanı hərəkət sisteminin formalaşması, güc və qüvvələrin maddi və texniki təminatını təşkili, idarəetmə nöqtələrin yerləşməsi, əlaqə qaydası, informasiyanın təminatının təşkili, qarşılıqlı əlaqələr haqqında sənədin tutulması, düzəldilməsi və yoxlanılmasının təşkili məsələlərinə baxılır. Fövqəladə hallarda ləğvetmə zamanı qarşılıqlı əlaqələrin planı vaxtından qabaq hazırlanır və fövqəladə hallar yaranma təhlükəsi olduqda və qəza-xilasetnə və digər təxirə salınmaz işləri apardıqda dəqiqləşdirilir.
Qarşılıqlı əlaqələr planı fövqəladə hallarda xəbərdarlıq ləğvetmə zamanı işin əsas hissəsini təşkil edir. Adətən plan sxemdə hesabatlarla, qrafiklərlə, cədvəllərlə hazırlanır.
Dostları ilə paylaş: |