Ballar
|
İntensivlik
|
Nəticələrin qısa xarakteristikası
|
1
|
Hiss olunmayan
|
Ancaq seysmik pribor ilə ölçülür.
|
2
|
Lap az
|
Ancaq sakit oturan insanlar hiss edə bilər.
|
3
|
Zəif
|
İnanlar çox hissəsi hiss edir.
|
4
|
Hiss olunan
|
Qabların və şüşələrin titrəməsi ilə hiss olunur.
|
5
|
Mülayim
|
Binaların ümumi silkənməsi, mebellərin titrəyişi. Pəncərə şüşələrinin çatlaması, yatanların oyanması.
|
6
|
Müəyyən qədər
|
Hamı tərəfindən hiss olunur, binalar yüngül zədələnir.
|
7
|
Güclü
|
Daş binalarda çatların əmələ gəlməsi. Antiseysmik
Konstruksiyalı taxta binalar dağılmır.
|
8
|
Çox güclü
|
Dağlarda və torpaqda çatlar əmələ gəlməsi, binaların güclü zədələnməsi.
|
9
|
Dağıdıcı
|
Güclü zədələnmə və daş binaların dağılması.
|
10
|
Boşaldıcı
|
Torpaqda böyük çatların əmələ gəlməsi, sürüşmələrin baş verməsi, uçqunlar, daş tikililərin dağılması, dəmir yollarının deformasitası.
|
11
|
Fəlakət
|
Yerdə enli çatların əmələ gəlməsi, çoxlu sayda uçqunların və sürüşməsi, daş binaların tamamilə dağılması.
|
12
|
Güclü seysmik
fəlakət
|
Torpağın ölçüsü dəyişməsi, çoxlu sayda çatların uçqunların, sürüşmələrin baş verməsi, bütün tikililərin dağılması.
|
Zəlzələ zamanı əhalinin xilas olunmasında çətinliyə səbəb onun birdən yaranması, güc və qüvvələrin axtarış-xilasetmə dəstələrinin dağıntı sahələrinə çatdırılması, zərərçəkənlərin sayının çox olması insaların yaşama müddətinin məhdudiyyətin qoyulması və xilasedicilərin ağır şəraiti. Belə ki, zəlzələ olan sahələr ümumiyyətlə binaların və tikililərin dağılması sahəsində partlayış və yanğınların baş verməsi, istehsalat qəzalarının yaranması, qısa qapanmalar, yanğın törədici mayelər saxlanılan yerlərdə kipliyin pozulması, çatların yaranması ilə nəticələnir.
Qəza-xilasetmə işləri və təxirəsalınmaz işlərin əsas məqsədi zərərçəkənlərin, uçqunda olanların çıxarılması, ilk tibbi yardımın göstərilməsi, növbəti müalicə üçün xəstələrin daşınması.
Zəlzələ zamanı qəza-xilasetmə işlərinin təşkili üçün qoyulan tələblər aşağıdakılardır:
1. Əsas qüvvələrin əhalinin xilas edilməsinə yönəlməsi.
2. Qısa müddətdə zərərçəkənlərin xilas edilməsi və təhlükəli sahələrdən qorunması.
3.Qəza-xilasetmə işlərinin aparılması uyğun texnologiyanın və üsulların tətbiqi.
4.Vəziyyətin dəyişməsinə reaksiya operativliyi.
Dostları ilə paylaş: |