III mərhələdə dağılma nəticəsində bütün zərərçəkənlərin axtarılması, səs siqnalının tətbiq olunması məsələləri aiddir.
IV mərhələdə uçqunda olan zərərçəkənlərin çıxarılması və xilas olunması zamanı dağıntıların aradan götürülməsi üçün xüsusi alətlərdən istifadə edilməsi məsələsi aiddir.
V mərhələdə zərərçəkənlərin uçqundan çıxarıldıqdan sonra təmizlənmısi məsələsidir.
10-15 dəq fasilədə xilasedicilərin vəziyyəti qeyd olunur. Ağır işdən sonra fasilə zamanı istirahət passiv xarakter daşımalıdır. Əgər temperatur aşağıdırsa istilik, istidirsə soyuq şəraiti təmin olunmalıdır. İş növbəsi bitdikdən sonra 7-8 saatlıq yuxu rejimi təmin olunmalıdır. Qidalanma rejimi isə qəza-xilasetmə işləri aparılmazdan əvvəl və sonra olur. Qəza-xilasetmə işləri aparılması üçün zəlzələ zamanı bir neçə sahə işləri təyin olunur, hər bir sahəyə batalyon deyilir.
İdarəetmənin təmin edilməsi məqsədi ilə sahə xüsusi binalar və tikililər yerləşmiş
ərazilərə bölünür. Sahə və obyekt işlərinin sayı işin mürəkkəbliyindən, uçqunların sayından, binaların dağılma dərəcəsindən, zərərçəkənlərin miqdarından və onların vəziyyətindən asılıdır. Axtarış-xilasetmə dəstələrinə 1-2 iş obyektləri düşür. Qəza-xilasetmə işlərinin aparılma sxemi komandirlər rəisi tərəfindən işin həcmindən zəlzələ baş vermiş sahədə vəziyyətdən və ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi üçün qəbul edilmiş texnologiyadan asılı olaraq seçilir. Binaların dağılması vaxtı axtarış işlərinin aparılması, zərərçəkənlərin uçqundan çıxarılması, onların inşaat dağıntılarının altından çıxarmaq və həmin yerdən daşınması xüsusi bir mərhələdir. Zərərçəkənlərə ilk tibbi yardımın strukturlar, xilasetmə bölmələrinin həkimləri tərəfindən təcili olaraq göstərdiyi yardımdır. İlk tibbi yardımın əsas məqsədi zərərçəkənlərin həyatının xilas edilməsi, növbəti təhlükəli faktorların aradan qaldırılması və zərərçəkənlərin daşınma üçün hazırlığı. İlk tibbi yardımın optimal müddəti travma alınana dəqiqədən 30 dəq sonra olmalıdır. Zərərçəkənin nəfəsi gəlmirsə bu 5-10 dəq azala bilər.
Dostları ilə paylaş: |