Zəlzələ zamanı ləğvetmənin əsasları.
Zəlzələlər - ən çox dağıdıcı təsir edən təbii fəlakətlərdən biridir. Bu zaman həlak olanların sayı, dağıntıların miqdarı, maddi itkilərin sayı digər təbii fəlakətlərə nisbətən daha çox olur. Zəlzələlərin bütün növlərinə ən xas səbəb seysmik dalğalardır. Seysmik dalğalar hipomərkəzi (eninə və uzununa) və səthi olaraq 2 yerə bölünür (Reley və Lyava). Hipomərkəzi uzununa dalğalar (p-dalğalar) zəlzələ olan sahədən sıxılma və dartılma ilə bütün sahələrə yayılır. Süxurların yerdəyişməsi dalğaların yayılma istiqamətində yerini dəyişir. Hipomərkəzi eninə dağalar-zəlzələ sahəsindən bütün istiqamətilərdə yayılaraq hərəkət sahəsi yaradır. Reley və Lyava seysmik dalğalar zəlzələnin epimərkəzindən yerin
təbəqəsindən yayılır. Suxurların Reley dalğasında yerdəyişməsi şaquli istiqamətdə, Lyava dalğasında isə horizontal istiqamətdə baş verir. Göstərilən dalğaların əsas parametrləri bunlardır: yayılma surəti, maksimal titrəyiş period və dalğaların təsir vaxtı.Hipomərkəzi uzununa dalğaların yayılma sürəti 5 km/san, səthi dalğalar isə 0,5-21 km/san. Titrəyişin maksimum amplitudası, periodu və vaxtı süxurların şəraitindən, zəlzələnin gücündən və sahədən asılıdır. Zəlzələ yaradıcı faktorlarının yerin səthinə təsiri zəlzələnin intensivliyi ilə xarakterizə olunur ki, hansı ki, bu da bal ilə göstərilən titrəyişin intensivliyindən asılı olaraq zəlzələləri aşağıdakı kimi klassifikasiya edirlər:
Dostları ilə paylaş: |