Aztu “Sənaye ekologiyası və hft” kafedrası FÖVQƏladə hallarda idarəetmə giriş FÖVQƏladə hallarin aradan qaldirilmasinin


Planda aşağıdakı məsələlər yerləşir



Yüklə 310,32 Kb.
səhifə34/79
tarix02.01.2022
ölçüsü310,32 Kb.
#36308
1   ...   30   31   32   33   34   35   36   37   ...   79
ders

Planda aşağıdakı məsələlər yerləşir:

1. Azərbaycan Respublikasının Fövqəladə hallar Üzrə Xəbərdarlıq və hərəkət sisteminin qüvvələri tərəfindən yerinə yetirilən tapşırıqlar.

2. Təhlükəli obyektlərin potensial xarakteristikası, müxtəlif nəqliyyat vasitələri ilə

təhlükəli yüklərin daşınması.

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Üzrə Xəbərdarlıq və Hərəkət sisteminin güc və qüvvələrinin fövqəladə hallarda ləğvetmə zamanı qruplaşması, hazırlanma müddəti.

4. İdarəetmə orqanlarının tabe olan qüvvələrinin hazırlanması.

5. Təbii fəlakət olan rayonlara marşrutların gətirilməsi, nəqliyyatın növü və gətirilmə vaxtı, yol – kommendantı xidmətinin təşkili və obyektlərin qorunması.

6. İdarəetmənin təşkili. xəbərdarlıq. məlumatın qarşılıqlı ötürülməsi,

7. Hərəkət qüvvələrinin hərtərəfli təminatı, qonşu obyektlərin idarəetmə orqanları

ilə qarşılıqlı əlaqə, regional mərkəzlər, hərbi dairələr və region spesifikası ilə bağlı digər

məsələlər yerləşir.

Plan əlaqədə olan idarəetmə orqanlarının razılığı ilə hazırlanır. Uyğun rəislər tərəfindən imzalanır və yuxarı idarəetmə orqanları tərəfindən təsdiq edilir. Yuxarı idarəetmə orqanı onun ərazisində qarşılıqlı əlaqəni idarəetmə orqanları qüvvələri: regonal mərkəzlərin rəisləri, yerli özüidarəetmə orqanları, nazirlik, idarələr, hərbi hissələrin komandirləri və qrupların köməyi ilə həyata keçirir.

Regional mərkəzin rəisləri, icra hakimiyyətinin orqanlarının hərəkət planını hazırlayır və bu planda hərbi dairələrin, flotların nazirliyin ərazi orqanlarının razılığı ilə aşağıdakı məsələlərə baxılır:

1. Mülki müdafiə hissələrinin və axtarış-xilasetmə dəstələrinin, regional tabeçilikdə olan idarələrin hərəkət planının hazırlanması.

2. Güc və qüvvələrin qruplarının hazırlanması, onların təbii fəlakət baş verə biləcək

rayonlara və obyektlərə yerləşdirilməsi, texnika, silah və maddi təminatı.

3. Təhlükə və fövqəladə hallar haqqında xəbərdarlıq və informasiyanın təşkili.

4. Qəza-xilasetmə və digər təxirə salınmaz işlərin aparılması üçün güc və qüvvələrin ayrılması.

5. Şəhərkənarı ərazilərdən, nəqliyyat vasitələrindən və hərbi dairələrdən istifadə.

6. İcra hakimiyyəti və hərbi komandirlərin əhalinin və ərazinin qorunması üçün birgə hərəkət planının hazırlanması.

7. Azərbaycan Respublikasının qonşu regionları, subyektləri və hərbi dairələrin idarəetmə orqanları ilə hərəkət planının hazırlanması.
Azərbaycan Respublikasının İcra Hakimiyətinin Fövqəladə Hallar üzrə Kommisiya rəhbərliyi, yerli özüidarəetmə, fövqəladə hallar üzeə kommisiya obyektləri arasında qarşılıqlı əlaqənin təşkili zamanı aşağıdakı məsələlər yerinə yetirilməlidir:
1. İdarəetmə orqanlarının, güc və qüvvələrinin fövqəladə hallara hazırlığı.

2. Fövqəladə Hallar Üzrə Kommisiyanın və tabe olanların hərəkət koordinasiyası.

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Üzrə Xəbərdarlıq və Hərəkət sisteminin əlaqə orqanlarına. idarəetmə orqanlarına və əhaliyə fövqəladə halların yaranması haqqında xəbərdarlıq, təhlükəsizliyin təminatı, götürülmüş ölçülər, qəza, fəlakət və təbii fəlakətlər nəticəsində proqnozlaşmalar haqqında məlumat.

4. Müşahidə və yoxlama, ətraf mühitin və təhlükəli obyektlərin kəşfiyyatı və qüvvələrinin təşkili və koordinasiyası.

5. Qruplar arasında verilmiş tapşırıqların bölünməsi.

6. Fövqəladə hallar üzrə kommisiyanın, yerli özüidarəetmənin və digər inzibati məlumat sahələrinin informasiya əlaqəsi.

7. Fövqəladə hallar ləğvetmə və haqqında yuxarı idarəetmə orqanlarına vaxtı-vaxtında məlumatın çatdırılması.

İdarəetmə orqanları birgə məsələləri həll edən zaman həmçinin fövqəladə hallar zonasında vəziyyəti idarə etməli, verilən məlumatın dəqiqləşdirilməsi, əlaqənin təmin etməli təminatın bütün növlərinin yoxlamalı.

İdarəetmənin orqanları labüd hallarda bir-birinə əməliyyat qrupları göndərilir və qüvvələrin idarə edən vacib sənədlər dəyişdirilir.


Yüklə 310,32 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin