Su basmış sahələrdən əhalinin çıxarılması üçün müəyyən üsulun seçilməsi
zamanı aşağıdakı göstəricilər nəzərə alınır.
1. İlin müxtəlif vaxtlarında insan orqanizmində gedən fiziolji dəyişikliklər.
2. Xilasetmə işlərinin aparılması üçün texnoloji sxemin seçilməsi.
3. Xilasetmə işlərinin aparılma vaxtı.
Su altında insanların axtarılması özünəməxsus şəkildə bir işdir: insanların tapılması və çıxarılması, onlarla əlaqəyə girilməsi, lazımi köməyin göstərilməsi.
Yüksək səviyyədə su olan yerlərdə zərərçəkənlər ağaclarda, binanın yuxarı mərtəbələrində və suyun altında ola bilərlər.
Zərərçəkənlərin yerləşdiyi yerdən asılı olraq və onların xilas olunması üçün güc və qüvvələrdən müxtəlif üsullardan istifadə oluna bilər. Zərərçəkənlərin vəziyyətinin analizi, labüd hallarda ilk tibbi yardım zərərçəkənləri sudan çıxaran kimi göstərilir. Əgər zərərçəkənin vəziyyəti qorxulu deyilsə ilk tibbi yardım əhalinin daşındığı təhlükəsiz yerdə aparıla bilər. Əhalinin daşınması onun təhlükəli sahələrdən çıxartdıqdan və ilk tibbi yardım göstərildikdən sonra aparıla bilər. Zərərçəkənlər su basmış sahələrdən 2 mərhələdə daşınır: zərərçəkənlərin qayığa və ya katerə sonra isə təhlükəsiz yerə daşınması. Xilasetmə işlərinin su basmış yerlərdə səmərəli getməsi üçün müxtəlif bölmələr paralel və ardıcıl iş getməlidir.
Dostları ilə paylaş: |