Su basmış sahələrdə axtarış aşağıdakı üsullarla aparılır:
1. Su basmış sahələrdə kəşfiyyat qruplarının vizual müşahidəsi.
2. Həmin sahələrdə vertolyot uçuşları müşahidə.
Axtarış tədbirlərinin keçirilməsi zamanı aşağıdakı məsələlər yerinə yetirilir:
1. Su basmış sahənin sərhədlərini müəyyən etmək.
2. Zərərçəkənlərin yerləşdiyi yerin təyini.
3. Zərərçələnlərin sağlamlığının vəziyyətinin təyini, alınmış zədənin xarakteri və
ilk tibbi yardımın göstərilməsi.
4. İkinci faktorların aradan qaldırılması.
Zərərçəkənlərin yerləşdiyi yerdən və işin yerinə yetirilmə texnologiyasından asılı olaraq xilas olmanın üç növü var:
1. Sudan yuxarıda yerləşən (ağaclarda, yuxarı mərtəbələrdə və evlərin damında) zərərçəkənlərin xilas edilməsi.
2. Suda olanların xilas edilməsi.
3. Suyun dibində olanların xilas edilməsi.
Bina və tikililərin yuxarı mərtəbələrində, ağaclarda olan zərərçəkənlərin xilas edilməsi müxtəlif üsullarla həyata keçirilir:
1. Nərdivan ilə.
2. Xilasedici qayıqlar vasitəsi ilə.
3. Kanat yollar vasitəsi ilə.
4. Şlanq vasitəsi ilə.
5. Vertolyot vasitəsi ilə.
Dostları ilə paylaş: |