Zəlzələ zamanı qəza-xilasetmə işlərinə aşağıdakılar aiddir:
1. Zərərçəkənlərin axtarışı.
2. Zərəçəkənlərin uçqundan çıxarışı.
3. Zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi.
4. Təhlükə sahələrindən əhalinin daşınması.
5. Əhalinin həyat təminatı üçün ilkin tədbirlərin keçirilməsi.
Zəlzələlər zamanı təxirəsalınmaz işlərinə əsasən qəza-xilasetmə işlərinin aparəlması üçün maneə törədən, əhalinin həyatına təhlükə yaradan zərərli və təhlükəli faktorların minimuma endirilməsi aiddir.
Bu məsələlərə aşağıdakılar aiddir:
1. Dağılmış sahələrin təmizlənməsi ilə yolların açılması, tikililərin bərkidilməsi və ya dağılması.
2. Yanğınların söndürülməsi, kimyəvi və radiaktiv maddələr olan sahələrin zərərsizləşdirilməsi.
3. Kommunal-enerji xəttlərin və hidrotexniki tikililərin məhdudlaşdırılması.
Fövqəladə halların zəlzələlər ilə bağlı ləğvetmə zamanı güc və qüvvələri qəzaxilasetmə işlərinin və digər təxirə salınmaz işlərin keçirilməsinə qurulmuş qaydalara əsasən aparılır.
Dostları ilə paylaş: |