İlk tibbi yardımın göstərilməsi zərərçəkənlərin vəziyyətindən asılıdır.
Bunlara aşağıdakılar aiddir:
1. Şüurun yoxlanılması.
2. Nəbzin yoxlanılması. Əgər nəbzin yoxlanılması çətinlik yaradırsa boynun yan və çiynin orta hissəsindən yoxlamaq olar.
3. Nəfəsin gəlib-gəlmənməsi, (sağlam adamda bir dəq. 16-20 nəfəsalma-nəfəsvermə baş verir. Travma almış insanlarda isə bu bir azalır).
4. Göz bəbəkələrinin işığa daralmasının yoxlanılması.
Ürəyin döyünməməsi, nəfəsalma, nəfəsverənin olmaması və şüurun olmaməsı, göz bəbəyinin işığa daralmaması ölümə işarədir. Bu üç səbəbdən biri, əgər göz işığa daralırsa bu zaman ilk tibbi yardım göstərilir. İlk növbədə mütləq başı və döşü təzyiq altından çıxarmaq lazımdır. Zərərçəkənin uçqundan çıxarılan kimi mütləq əllər və ayaqların zədələnmiş hissələrinə hörmə qoyulur və dərhal onun sağlamlığı yoxlanılır. Əgər ağır vəziyyətdədirsə dərhal nəfəs yolların bərpa edilməlidir, ağız təmizlənməlidir, süni nəfəs
verilməlidir və masaj edilməlidir. İlkin tibbi yardımın göstərilməsi vaxtı bağlama qoyaraq qan dövranı dayandırılır, donmuş hissələr qızdırılır və yanmış hissələr soyudulur, sınmış yerlərdə tərpənməzliyi təmin edirlər, ağrıkəsici verilir və digər tədbirlər keçirilir.
Dostları ilə paylaş: |