EFİRDƏ TEXNİKİ DAYANMA (technical stoppage) – TV yayımının cədvəldə nəzərdə tutulmayan fasiləsi, məcburi saxlanması. Adətən, TV stansiyasının normal fəaliyyətinin pozuntusuna, səsin, yaxud təsvirin tamamilə yox olmasına gətirib çıxaran bu qüsura texniki dayanma deyilir. Bu hal verilişlərin gecikməsi zamanı da baş verir.
EFİRƏ (VİDEOYAZIYA) HAZIRLIQ REJİMİ (standby) – 1) Televizor cihazının uzaqdan idarəetmə cihazından siqnal ala biləcək vəziyyətdə saxlanması və videonun da saat və proqramlama vahidlərinin işə tam yararlı vəziyyətə gətirilməsi; 2) Avadanlığın yazıya hazır vəziyyəti.