Азярбайъан Енсиклопедийасы


EKRANDA ƏLAVƏ İNFORMASİYANIN ƏKS ETDİRİLMƏSİ (on screen display)



Yüklə 3,99 Mb.
səhifə144/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   140   141   142   143   144   145   146   147   ...   809
EKRANDA ƏLAVƏ İNFORMASİYANIN ƏKS ETDİRİLMƏSİ (on screen display) – TV və ya video ilə bağlı komandaların ekranda yazılması. Səs, işıq, kontrast və rəng nizamlamaları bir qrafika şəklində ekranda göstərilir. Bax: E k r a n m e n y u s u n u n k ö m ə y i i l ə p r o q r a m l a ş d ı r m a.

EKRANDA NİTQ SİTUASİYASI (screen speech situation) – TV verilişlərində nitq prosesinin ekstralinqvistik şərtlərindən irəli gələn durum.

EKRANDA TƏSVİR NİSBƏTİ (aspect ratio) – Ekranın uzunluq və en ölçülərinin nisbəti. Klassik TV-lərdə bu nisbət 4:3-dür. Yeni sistem olan HDTV-də bu nisbət 16:9 ölçüsündədir.

EKRAN ƏSƏRİNİN BÜTÖVLÜYÜ (wholeness of filming) – Ayrı-ayrı hissələrə (elementlərə) xas olmayan, amma müəyyən əlaqə sistemində bu hissələrin qarşılıqlı fəaliyyəti nəticəsində yaranan yeni keyfiyyət və xüsusiyyətlər E.ə.b. seçilmiş forma və məzmunun vəhdəti sayəsində əldə olunur. Məzmunla formanın qarşılıqlı fəaliyyətinin dialektikası məzmunun elementlərinin müxtəlif keyfiyyətli səviyyəsindən irəli gəlir. Bu və ya digər janr formasının seçilməsi həmişə jurnalistin qarşısında duran vəzifələrlə diktə olunur. Bir halda o, ictimaiyyəti hansısa əlamətdar hadisələr barədə xəbərdar etməlidir, digər hallarda baş verən hadisəni təhlil etməlidir, üçüncü halda isə müasirinin tipik obrazını yaratmalıdır.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin