Азярбайъан Енсиклопедийасы


VHS FORMATI (video home system



Yüklə 3,99 Mb.
səhifə762/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   758   759   760   761   762   763   764   765   ...   809
VHS FORMATI (video home system VHS) – Məişətdə işlədilən videoyazı sistemi (Vi-Eyç-Es), ən geniş yayılmış video formatlarından biri. Bu formatda təsvirin maksimal dəqiqliyi 240-260 xətt həddindədir.

VİBRASİYA (vibration)Hərfi mənada: titrəmə, əsmə. Simli alətlərdə barmaqlarla simi titrətməklə icra olunan çalğı üsulu. Belə ifa aləti ilə insan səsini yamsılama və s. mümkündür.

Vİ-ÇİP (v-chip) Gənclərin, xüsusən yeniyetmələrin tərbiyəsi üçün zərərli olan televerilişlərin seyr edilməsini avtomatik dayandıran qurğu.

VİDEO... (video) – 1) Təsviri yazan və canlandıran cihaz; 2) Videosiqnal. 3) TV, radiolokasiya siqnalları və s. mürəkkəb elektrik siqnallarının elektron şüa borusunun ekranındakı təsvirlə bağlılığını bildirən mürəkkəb sözönü. Məs., videomaqnitofon, videotelefon, videoyazı və s.

VİDEOARAYICI (view finder) – Çəkiliş obyektini müşahidə etmək və məkanın sərhədlərini müəyyənləşdirmək (kadrları düzmək) üçün vasitə; kinoçəkiliş aparatının görüntü axtarıcı qurğusu; videokamera monitoru. V. əsasən çəkiliş zamanı kadrın sərhədlərinin müəyyənləşdirilməsinə, eləcə də kinoçəkiliş prosesində müşahidə aparmağa xidmət edir. Çəkilən səhnələrin baxılması üçün V.-dan miniatür bir monitor kimi də istifadə edilir. Monitordan görünən şəkillər və məlumatlar istifadəçiyə yardımçı olur. V. çəkilişin və montajın asanlaşmasını təmin edir. V.-ya çox vaxt müxtəlif göstəricilər, oxlar, şkalalar və kinoaparatın işi haqqında digər informasiyalar çatdırılır. Kinoçəkiliş aparatlarında üç tip V. tətbiq olunur: Qaliley tipli parallakslı; Kepler tipli parallakslı və Kepler tipli güzgülü (yaxud ikitərəfli tuşlayıcılı).

VİDEOBAŞLIQ TƏMİZLƏYİCİSİ (head cleaner) – Təsvirdə meydana gələn pozuntular videobaşlığın təmizlənməsini tələb edir. Videobaşlıqda çirklənmə oksidləşmədən meydana gəlir. Başlıqların təmizlənməsi üçün xüsusi lentlərdən istifadə edilir. Bu lentlərin sürtülmə (yeyilmə) təsiri oksid parçalarını əzərək yox edir. Xrom-dioksid lentli bu kasetlərin istifadə vaxtı 30 san.-dir. Bəzi lentlərdə təmizləmənin başa çatdığına dair məlumat ekranda görünür. Videonun istismarı zamanı hər 50 saatdan bir 10 san.-lik kasetlə təmizlənməsi tövsiyyə edilir.

VİDEODA RƏQƏMLİ SAYĞAC YADDAŞI (digital counter memory) – Hər hansı proqramın (təsvirin) əvvəlcədən ölçülərək rəqəmli texnologiya ilə yaddaşa köçürülməsi. Bu, istənilən bir proqramın sıfırla işarələnmə halında tapılmasını asanlaşdırır. Bunun üçün yaddaşdakı "memory" düyməsini basmaq kifayətdir.

VİDEODA SÜRƏTLİ AXTARIŞ NÖQTƏSİ (cue) – Təsvirlərin videoda irəliyə doğru sürətli keçidi. Bu vəziyyətdə lentin sürəti normadan 7 dəfə çoxalır, səs kəsilir və sürətli keçid anında ekranda xətlər yaranır.

VİDEODİSK (video disk) – Sintetik materialdan ibarət olub, səthində müxtəlif tipli videoinformasiyaların yazılışı üçün spiral, yaxud konsentrik cığırlara malik disk formasında videofonoqram. Göstərilmə sistemindən və elementindən asılı olaraq müvafiq görüntü anlayışlarını, məsələn, "mexaniki videodisk", "optik videodisk", "həcmli videodisk" anlayışlarını ifadə edir. V. ekranda xüsusi video qurğuların köməyi ilə göstərilir.

VİDEOEFFEKT (video effect) – Çox vaxt siqnal mənbələrinin dəyişdirilməsini müşayiət edən bir görüntünün digəri ilə əvəzlənməsini göstərən ardıcıl təsvirlərin formalaşdırılması üsulu.

Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   758   759   760   761   762   763   764   765   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin