Азярбайъан Енсиклопедийасы



Yüklə 3,99 Mb.
səhifə763/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   759   760   761   762   763   764   765   766   ...   809

VİDEOFİLM (video film) – Kinolentə deyil, videomaqnitofon lentinə yazılmış film. 20-ci əsrin 70-ci illərində TV-də yaranan V. kinofilmlərin əksər üslubi əlamətlərini əxz edib. V.-lərin janrları rəngarəngdir: bədii, elmi-kütləvi, sənədli-publisistik, xronikal və s.


VİDEOFONOQRAMIN SƏS CIĞIRI (audio track) – Videofonoqramda səsin yazılışı, səsləndirilməsi, pozulması cığırı.

VİDEOFONOQRAMIN SƏSİ HAQQINDA MƏLUMAT SEKTORU (audio sector) – Rəqəmli videofonoqram sahəsi. Həmin sahədə formata uyğun olaraq proqramın səs siqnalları yerləşdirilir.

VİDEOGÜCLƏNDİRİCİ (video amplifier) – TV, radiolokasiya və s. qurğularda videosiqnalın (TV borusuna verilməzdən əvvəl) genişzolaqlı (10 MHs-ə qədər tezlikləri ötürən) gücləndiricisi; tranzistorlu, yaxud lampalı ola bilir. Bir və ikikaskadlı V. sxemindən daha çox istifadə olunur. V.-lərin gücləndirmə pilləsinə müqaviməti az olan rezistorla birgə induktivlik sarğacları və kondensatorların müxtəlif birləşmələri qoşulur. Onların nisbəti elə seçilir ki, yüksək və alçaq tezliklərdə gücləndirmə mümkün olsun. Bu, tezliklərin daha geniş zolağında siqnalları müntəzəm gücləndirməyə imkan verir və faza təhriflərinin azalmasına səbəb olur.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   759   760   761   762   763   764   765   766   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin