İNKRUSTASİYA (insetting/incructation/inlay) – Oyma, bəzəmə. 1) Dekorativ-tətbiqi sənət sahəsi. Mərmər, keramika, metal, qızıl, gümüş və fil sümüyü, ağac, sədəf parçaları ilə bəzədilən əşyanın hamar səthinə yerləşdirməklə naxış və təsvirlər yaradılır; 2) TV-də kadrda danışan (oxuyan) adamın fonuna proyeksiya üsulu ilə müxtəlif təsvirlərin verilməsi. İ. üsulu ilə fərqli məkan təsəvvürü yaradılır.