MORZE KODU (Morze code) – Şərti siqnallar sistemi. Sistemdə hər bir hərf və ya işarəyə qısamüddətli (nöqtə) və nöqtədən 3 dəfə uzunmüddətli (tire) cərəyan impulslarının müəyyən kombinasiyası uyğun gəlir. Hər bir hərfi (işarəni) ayıran cərəyansız interval qısamüddətli cərəyan impulsuna bərabər olur. M.k. Morze əlifbasının sinonimi kimi də işlədilir.
MOTTO (motto) – Reklamda istifadə olunan ən yaddaqalan ifadə, populyarlaşan deviz, şüar. Məs., "Azərsell"in reklamında "Bir azdan hamı danışacaq!" ifadəsi, "Koka-Kola"nın reklamındakı "Həyatın ləzzəti" şüarı M. sayıla bilər.