TRANSPONDER (transponder) – TV kanallarının siqnallarını Yerdən qəbul edən və Yerə retranslyasiya edən peyk avadanlığının tərkibinə daxil olan qurğu.
TRANZİSTOR (transistor) – 1) Elektrosiqnalların gücləndirilməsi və dəyişdirilməsi üçün yarımkeçirici cihaz; 2) Belə bir cihaza malik olan portativ qəbuledici.
TREKİNQ (tracking) – 1) Videolentin başlıqdan keçdiyi bucağın izlənməsi. Xarici kasetlərin istifadəsindən meydana gələn və təsvirin alt-üst bölümlərində artıq xətlərə səbəb olan maneə T.-lə, yəni nizamlama düyməsiilə yox edilir; 2) Videolarda təsvirin qaydaya salınması, ölçü.