TRANS... (trance) – Hər hansı məkan daxilində hərəkəti bildirən mürəkkəb sözlərin birinci tərkib hissəsi, sözönü.
TRANSFOKATOR (transfocutor) – Aralarındakı məsafəni dəyişmək mümkün olan bir neçə linzadan, həmçinin affokal (teleskopik) qarmaqlarla obyektivin birləşməsindən ibarət olan optik cihaz; foto və kino aparatının, yaxud ötürücü TV qurğusunun obyektivinin fokus məsafəsini, habelə alınmış təsvirin ölçülərini dəyişdirən qurğu. T. dəyişən fokus məsafəli obyektiv kimi işləyir.
TRANSİVER (transiver) – EHM-də işçi stansiyanı yoğun koaksil kabelinə qoşan qurğu.
TRANSKODER (trance coder) – Bir TV formatından digərinə keçmək üçün (köçürmə və s.) işlədilən qurğu. Məs., PAL-dan SECAM-a keçid yalnız T. vasitəsilə mümkündür.