TON (tone) – 1) Oxu və ya danışıq zamanı gərginləşmiş səs tellərinin ritmik (ahəngdar) şəkildə rəqsetmə tezliyi ilə müəyyənləşən səsin fiziki keyfiyyəti. Nitqin ahəngdarlığını (melodika) təmin etmək üçün səsin qalxması və enməsi. Ə s a s t o n (sadə ton) – saitlərin akustik əsasını təşkil edən və onların yaxşı eşidilməsinə imkan verən səs tonu. S ə s t o n u – hava təzyiqi nəticəsində bir-birinə yaxınlaşmış gərgin səs tellərinin titrəyişi (vibrasiya) ilə əmələ gələn səs; 2) Rəng keçidlərini özünə tabe edən rəng ahəngi. Ekran əsərinin koloriti həm də rəng T.-u ilə müəyyənləşir.