VİDEOTRAKT (video path) – Ümumi halda ilkin, aralıq və sonluq videogücləndiricilərdən ibarət olan proses. Rəqəmli sistemlərdə V. sonluq gücləndiricisi əvəzinə analoq-rəqəmli dəyişdirici ("gərginlik-kod" dəyişdiricisi) ilə qurtarır. İlkin videogücləndirici ötürücü borudan gələn siqnalları gücləndirir, onların spektrini və dinamik diapazonunu formalaşdırır. Aralıq gücləndiricidə sönən və sinxronlaşdırıcı impulslar qarışması ilə bütöv TV siqnalı formalaşır.
VİDEOYAZI (carting) – 1) Videomaqnitofon qurğusunun köməyi ilə ekranda göstərilmək və səsləndirilmək üçün təsvirin və səsin maqnit lentinə, yaxud optik diskə yazılışı. 2) Verilişin, çıxışın studiyada və studiyadankənar şəraitdə maqnitofon lentinə yazılması.
VİDEOYAZI APARAT OTAĞI (video production room)– Tərkibinə videomaqnitofonların daxil olduğu videoyazı aparat otaqları təyinatına və postların sayına görə fərqlənir. İki videomaqnitofon bir post təşkil edir. V.a.o.-dakı postların sayı ikidən altıya çatır. Kiçik yayım həcmli TV mərkəzlərində belə otaqlardan TV proqramlarının yazılışı, canlandırılması və elektron montajı üçün istifadə olunur.